19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Uşaqların cəsarətli oynaması məni sevindirdi”

“Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Rəqib bir yaş kiçik futbolçulardan qurulsa da, fiziki göstəricilərinə görə geri qalmırdılar”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 16 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Azər Məmmədov deyib.

Türkiyədə keçirilən beynəlxalq turnirdə yerli komanda ilə oyunlarını (1:1) dəyərləndirən gənc mütəxəssis futbolçulardan  razı qaldığını bildirib: “Rəqib beynəlxalq oyun təcrübəsi və birgə oyun vərdişi baxımından demək olar ki, komanda uzun müddətdir yığılıb. Bizdə isə bildiyiniz kimi komanda yeni qurulub, beynəlxalq oyun təcrübəsi yoxdu. Buna baxmayaraq, uşaqlar yaxşı oynadılar.

Gələcəkdə yaxşı milli komanda formalaşdırmaq üçün ümid verdilər. Təbii ki, çatışmazlıqlar var və onların üzərində işləmək üçün vaxtımız olacaq. Əsasən futbolçuların bir-birlərinə uyğunlaşmasında, xətlərarası əlaqədə problemlərin olduğu görünürdü. Bunun fonunda uşaqların ilk beynəlxalq oyunda qorxmaması, cəsarətli oynaması məni sevindirdi. Komanda ürəklə hücuma çıxırdı. Qol imkanlarımız oldu, qələbə qazana da bilərdik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30