29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Qəbələ"nin U-17 komandası çempion oldu

“Qəbələ” Futbol Akademiyası 2017/18 mövsümündə ilk titulunu qazanıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 17 yaşadək futbolçulardan ibarət komanda AFFA-nın təşkil etdiyi “Bakcell U-17 Liqası”nın çempionu olub. “Qırmızı-qaralar” qızıl medalları 29-cu turda rəsmiləşdirib. Öz meydanında “Zirə”yə 3:0 hesabı ilə qalib gələn “Qəbələ” yarışın sonuna 4 tur qalmış çempionluğu təmin edib.

Keçirdiyi 29 matçda 23 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə məğlub olan komanda 101 qol vurub, 17-ni buraxıb. 73 xala malik “Qəbələ” ən yaxın izləyicisi “Neftçi”ni 12 xal qabaqlayır. Şəxsi oyunlardakı üstünlük (1:1, 4:0, 0:1) “qırmızı-qaralar”a 4-cü dəfə U-17 Liqasının çempionluğunu yaşadıb.

Xatırladaq ki, “Qəbələ” 2009/10, 2012/13 və 2014/15 mövsümlərində də bu liqanın qalibi olub. 2010/11, 2013/14 və 2015/16 mövsümlərində isə komanda 2-ci yeri tutub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31