19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Millimizə İspaniya və İsveçdən futbolçular dəvət aldı

2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, turnirdə komandamızla yanaşı, Gürcüstan və Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığmaları mübarizə aparacaq. Yunanıstan yığması turnirdə iştirakdan imtina etdiyi üçün Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət  yığması da yarışa qatılacaq.

Aşağı yaş qruplarından ibarət milli komandalar üzrə Avropa çempionatlarının elit raundu və final mərhələsi başa çatmadığı üçün UEFA-nın keçirdiyi yarışlarda 2003-cü il təvəllüdlülərdən ibarət yığma komandalar U-15 hesab olunur. Azərbaycanda isə yığma komandaların heyəti müəyyənləşdirilərkən növbəti seçmə mərhələ nəzərdə tutulduğu üçün bir yaş daha kiçik futbolçular cəlb olunur. Buna görə Antalyada keçiriləcək UEFA İnkişaf turnirində Azər Məmmədovun baş məşqçisi olduğu 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız iştirak edəcək və həmin yarışda Azərbaycan U-15 komandası adlanacaq.

Yığmamızın heyətinin və oyunlarının vaxtını diqqətinizə çatdırırıq:

Kamran Şabiyev, Fərrux  Fərzəliyev, Bəhruz Tanırverdiyev, Vüsal Vəliyev (hamısı "Vətən"), Mirismayıl Rəhimov, Elnur Əliyev (hər ikisi "Qarabağ"),Rəşad Həsənov, Əbil Əbilov, Vaqif Həsənov (hamısı "Keşlə"), Kamal Kazımov, Mehrac Baxşəliyev, Vüsal Mirzəyev, Ülvü Mədətov, Süleyman Damadayev (hamısı "Qəbələ"), Ayxan Cabbarov ("SAVEDALENS IF",İsveç), Vüsal Qənbərov ("Technofootball FK", İspaniya), Cəlal Hüseynov, Gülağa Əsədov (hər ikisi "Zirə"), Nihad Cəfərov ("Neftçi"), Ümid Səmədov, Həsən Seyfullayev (hər ikisi "Kəpəz")

23 aprel

16:00. Türkiyə-2 - Azərbaycan

25 aprel

16:00. Gürcüstan - Azərbaycan

27 aprel

17:00. Türkiyə - Azərbaycan

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31