19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qəbələ”: 100-cü qol, 30-cu qələbə

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Qəbələ” finala vəsiqə əldə edib.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” bununla da 3-cü dəfə həlledici qarşılaşmada oynamaq hüququ qazanıb.

Komanda 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı (3:0, 1:1) yarımfinalda mübarizədən kənarlaşdırıb, finalda “Neftçi” ilə üz-üzə gəlib. 1:1 hesabı ilə başa çatan qarşılaşmanın taleyini bakılıların daha dəqiq olduğu penaltilər seriyası həll edib - 3:2.

2016/17 mövsümündə isə yarımfinalda “İnter”i (3:1, 2:0) keçən “Qəbələ” finalda “Qarabağ”la görüşüb. Ağdam klubu 2 cavabsız qolla kuboka yiyələnib. Özünün 3-cü finalında mayın 28-də “Keşlə” ilə üz-üzə gələcək “Qəbələ”nin “Neftçi” ilə son matçı yubileylərlə də əlamətdar olub.

“Qəbələ” Azərbaycan kubokunda 100-cü qolunu vurub. Bu, cari mövsümün yarımfinal mərhələsinin “Neftçi” ilə səfərdəki cavab matçına təsadüf edib. 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın görüşdəki 2-ci qolu klubun tarixinə kubokdakı 100-cü top kimi düşüb. Matçın 30-cu dəqiqəsində dublunu rəsmiləşdirən Baqali Dabo yubiley topunun müəllifi olub. “Bakcell Arena”dakı qarşılaşmayadək keçirdiyi 57 oyunda 98 top vuran “Qəbələ” “Neftçi” ilə görüşdə bu rəqəmi 101-ə çatdırıb. Bunlardan 64-ü evdə, 36-sı səfərdə, 1-i neytral meydanda vurulub.

Baqalinin ilk qolu da yubiley əhəmiyyəti kəsb edib. Hücumçu əvvəlcə “Qəbələ”nin heyətində özünün 25-ci qoluna imza atıb. “Qırmızı-qaralar”ın heyətində 56-cı matçına çıxan Dabo ardınca qol sayını 26-ya çatdırıb. Klub tarixinin 3-cü bombardiri olan hücumçu çempionatda 19, kubokda 4, avrokuboklarda 3 dəfə rəqib qapısına yol tapıb.

Ölkə kubokundakı 58-ci oyun həm də buraxılan 50-ci qolla yadda qalıb. “Neftçi”nin futbolçusu Soni Mustivarın vurduğu top “qırmızı-qaralar”ın qapısında gördüyü 50-ci qoldur. Bunlardan 20-si ev, 26-sı səfər, 1-i neytral meydana təsadüf edib.

Ümumilikdə 101 qol vurub, 50-ni buraxan “Qəbələ” həm məhsuldarlığa, həm də fərqə (+51) görə yarışın 7-ci komandasıdır.

“Bakcell Arena”da əldə olunan qələbə kubok tarixində 30-cu uğurdur. “Qırmızı-qaralar” evdə 18, səfərdə 12 qələbə qazanıb. “Qəbələ” kubok yarışlarında 30 və daha çox matçda qalib gələn 8-ci komandadır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31