19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Ozobiç: "Finalı Qəbələdə oynayacağımız üçün sevinirik"

"Komandamız çətin durumda idi. Ancaq xarakter göstərdik və finala çıxmağı bacardıq. Fikrimcə, ilk oyunla müqayisədə bu matçda daha yaxşı təsir bağışladıq".
 
Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri ölkə kubokunun yarımfinal mərhələsinin "Neftçi" ilə cavab oyunundan sonra "Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç deyib. "Ağ-qaralar" üzərində 3:1 hesablı qələbə ilə adını finala yazdıran əyalət təmsilçisinin üzvü qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:
 
"Bilirdik ki, qol buraxdıq-buraxmadıq, istənilən halda, 2 top vurmalıyıq. Finala çıxmaq istəyirdiksə, bunu gerçəkləşdirməli idik. Sevinirəm ki, istəyimizə nail olduq".
 
Ozobiç oyundan sonra paltardəyişmə otağına yollanarkən "Neftçi"nin yarımmüdafiəçisi İqnasio Herrera ilə arasında baş verən qalmaqala da aydınlıq gətirib: "Elə də ciddi bir şey olmadı. Futbolda belə gərginliklər olur. Əlbəttə, heç kim uduzmaq istəməz. Məğlub olanda əsəbiləşirsən. Bu, normal haldır. Yəqin, onlar elə düşünürdülər ki, mən simulyasiya edirdim. Ancaq belə deyildi, ayağıma zərbə dəymişdi. İqnasio ilə də buna görə mübahisəmiz düşdü. O, ispan dilində nəsə dedi. Mən də bu dili bilmədiyimdən, ona xorvatca cavab verdim".
 
Xorvatiyalı futbolçu final oyununun Qəbələdə keçirilməsinə də münasibət bildirib: "Finalı Qəbələdə oynayacağımız üçün sevinirik. Əlbəttə, kuboku qazanmaq istəyirik. Ancaq bunadək çempionatda oyunlarımız var".
 
Qeyd edək ki, evdəki ilk oyunda "Neftçi"yə 1:2 hesabı ilə uduzan "Qəbələ" səfərdə inamlı qələbə (3:1) qazanaraq adını finala yazdırıb. "Qırmızı-qaralar" həlledici görüşdə "Sumqayıt"ı mübarizədən kənarlaşdıran "Keşlə" ilə üz-üzə gələcək.
  687 dəfə baxılıb  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31