19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Tərlan Əhmədov: "Avrokuboklara vəsiqə qazanmasaq, istefa verəcəm"

"İstədiyimiz oyunu sərgilmədik. Komanda özünə bənzəmirdi. Arxayınlığın bədəlini ödədik. Səhvlərimizdən uduzduq. Çempionatda 3-4-cü yerlər uğrunda mübarizə aparacağıq. İstədiyim futbolu meydanda görmədim. Bu oyunu unutmalıyıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun yarımfinalında "Qəbələ"yə uduzduqların oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

- İstədiyiniz futbolu görməməyinizin səbəbi nə idi?

- Topla oynayan futbolçuları meydana buraxmışdım. Meydanda komanda oyunu görmədim. Cinahlar hücumlara kömək edə bilmədi. Kubokun ilk matçından sonra “Zirə”yə də qalib gəlmişdik. Ola bilər ki, arxayınlıq var idi. Hesabı açdıqdan sonra bəlkə də rahatlaşdıq. Bu da baha başa gəldi. Rəqibin hücum xətti çox güclüdür.

- Kubokda mübarizəni dayandırmaq sizi necə motivasiya edəcək?

- İstəyirəm ki, komanda yaxşı olsun. Münəccim deyiləm. Məğlub olmuşuqsa, unutmalıyıq. Səhvlərimizi analiz etməliyik. Çempionata köklənməliyik. Qışdan əvvəl komandada ruh düşkünlüyü var idi. Ancaq bunu aradan qaldırmışdıq. Komanda özünü motivasiya edə biləcək. Futbolçular bu vəziyyətdən çıxa bilərlər.

- Ruslan Abışov penaltiyə səbəb oldu. Onu nə üçün əvəzləmədiniz?

- Elə futbolçuları həmin anda əvəzləmək düzgün deyil. Səhvsiz insan yoxdur. Yığma üzvüdür. Səhv edibsə, dəstək olmaq lazımdır. Bir oyunla hər şey bitmir. Qarşıda 5 oyun var. Onu uzun futbol həyatı gözləyir. Belə anda ona davam etməyi lazım bildim.

- Çempionatda da avrokuboklara vəsiqə qazanmasaz, istefa verəcəksiz?

- Bəli, istefa verəcəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31