19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Fariz Nəcəfov: “Turnirə görə məşqçi gətirib, ya da yola salmırıq”

“Oyun gözlədiyimiz kimi keçdi. Başqa cür də ola bilməzdi. Bilirdik ki, gərginlik, çətinlik olacaq, amma yekunda bizə lazım olanı ala bildik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi”yə qalib gələrək (3:1) finala yüksəldikləri matçdan sonra jurnalistlərə müsahibəsində deyib.

- “Qəbələ” ilk oyundakından tam fərqli çıxış etdi.

- İlk oyunda komandamızda gərginlik var idi. Bu gün isə futbolçular daha rahat idi.

- İlk qoldan sonra mərhələ adlayacağınıza inam var idi?

- Mən heç vaxt proqnoz verməyi xoşlamıram. Amma içimdə bir inam var idi. Düşünürdüm ki, “Qəbələ”nin elə-belə təslim olmağı mümkün deyil.

- “Qəbələ” adətən bu cür oyunlarda qalib gəlir, çempionat matçlarında isə uğursuz çıxış edir.

- “Qəbələ”də nə baş verirsə, hamısını analiz edirik. Bircə onu deyə bilərəm ki, ciddi bir problem yoxdur. Səhvlərimizi görürük. Çempionluq əldən getdi, çalışırıq ki, kuboku itirməyək.

- Mətbuatda belə xəbərlar dolaşır ki, “Qəbələ”də 3 aydır maaşlar verilmir.

- Yanlış məlumatdır. Hər yerdə olduğu kimi, bizdə də maaş gecikməsi olur. Amma 3-4 ay söhbəti yalandır.

- Kubokun finalı Qəbələdə olacaq. Bunu sizin üçün əlavə üstünlük hesab etmək olar?

- Finalın Qəbələdə olmasını istəmirdim. Çünki finala çıxacağımıza əmin idik. Xahiş edəcəm ki, mümkündürsə, dəyişsinlər. Amma evdə oynamaq yaxşı olar.

- Bu qələbə çempionatdakı qalan oyunlara necə təsir edəcək?

- Tamam fərqli turnirlərdir. İnanmıram ki, bu nəticə digər oyunlara mənfi və ya müsbət təsir etsin.

- Digər finalçı “Keşlə” haqqında nə deyə bilərsiz?

- Hamının tanıdığı, yaxşı komandadır. Yeni gələn məşqçinin işi göz qabağındadır.

- Hamı “Qəbələ”nin favorit olduğunu düşünür.

- Elə düşünmürəm. Kubok çox fərqli turnirdir.

- Roman Qriqorçukun komandadakı taleyi kubokdan asılı idi?

- Yox. Biz bir turnirə görə məşqçi gətirib, ya da yola salmırıq. Elə bir fikrimiz yoxdur. Yekun qərarı təbii ki, klub prezidenti verəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31