24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"İnsidentə görə üzr istəyirəm"

"İlk növbədə, insidentə görə üzr istəyirəm. Sadəcə, sürüşmə fəndi zamanı sakitləşdirici mövqe tutdum. Bilirdim ki, onların qarşısını almasam, daha böyük insident baş verə bilər. Necə ki, eyni hal "Qarabağ"la görüşdə baş olmuşdu. Hadisə önümdə baş verdiyi üçün özümü saxlaya bilmədim".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Yuri Maksimov səfərdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edərək, finala yüksəldikləri Azərbaycan kubokunun yarımfinal matçından sonra mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- "Keşlə"də istənilən halda qalmayacağınızı demisiniz. Finala yüksəldikdən sonra da fikrinizdə qalırsınız?

- Komanda oynayanda hər şey yaxşı gedir. Əks halda, müəyyən problemlər ortaya çıxır. Mən perspektivə oynayıram. Müqaviləm mövsümün sonunadəkdir.

- Amma klub prezidenti Zaur Axundov müqavilənizə baxılmasının mümkünlüyünü bildirdi...

- Açığı, məşqçi işi elədir ki, daim gərginlikdə olursan. Bu gün mətbuat konfransında mənəmsə, sabah başqası otura bilər. Bir növ elektrik stulunda oturana bənzəyirsən.

- Finalda kimi rəqib kimi görmək istərdiniz?

- İstərdim ki, finalda "Qəbələ" ilə qarşılaşaq. Çünki Roman Qriqorçuk mənim həmyerlimdir. Ukrayna çempionatında da üz-üzə gəlmişik. Aramızda intriqalar da, söz-söhbətlər də olub.

- İndiyədək Azərbaycanda heç bir ukraynalı baş məşqçi kubok qazana bilməyib...

- İndiyədək iki dəfə finalda oynamışam. Bu, “Bavariya”ya qarşı olub. Birində udmuşuq, digərində uduzmuşuq. Bu dəfə isə inanıram ki, qalib gələ biləcəyik (sportnet.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30