13 Iyul 2025, Bazar günü
"Qarabağ"dan növbəti transfer
“Sumqayıt” Yankoviçi transfer etdi
“Sumqayıt” legioneri ilə vidalaşdı
“Adanaspor”un müdafiəçisi “Kəpəz”də

Ölkə futbolu

Qurban Qurbanovdan sərt qərar

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının hücumçusu Mahir Mədətovu cəzalandırıb.

Qol.az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı hücumçu əvəzedici heyətə göndərilib. Q.Qurbanov Mahirin hazırda lazımi formada olmadığını əsas gətirərək bu qərarı verib.

Qeyd edək ki, M.Mədətov “Qarabağ”ın “Kəpəz”ə qarşı ötən şənbə Premyer Liqada keçirdiyi görüşün iştirak ərizəsində olmayıb.

Sport7.az saytı isə məlumat yayıb ki, M.Mədətov məşqə gecikdiyi üçün Q.Qurbanov onu əvəzedici heyətə göndərib. Onun əsas komandaya nə vaxt dönəcəyi hələ bilinmir.

Qeyd edək ki, bu yaxınlarda Q.Qurbanov Elvin Yunuszadəni də əvəzedici heyətə göndərmiş, lakin sonradan onu bağışlamışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31