25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Premyer Liqamızda 2018-ci ildə ilk dəfə

Topaz Premyer Liqasının 2017/18 mövsümünün ikinci yarısında ilk böyükhesablı nəticə qeydə alınıb.

Futbolxeber.az saytının məlumatına görə, buna səfərdə “Zirə”nin qapısından 3 cavabsız qol keçirən “Neftçi” imza atıb.  Çempionatda komandalardan birinin 3 və ya daha çox top fərqilə qalib gəlməsinə bunadək sonuncu dəfə 14-cü turda təsadüf olunub.

Həmin vaxt “Sumqayıt” “Kəpəz”i, “Qəbələ” “Keşlə”ni 3 cavabsız qolla məğlub edib. 8 turluq fasilədən sonra 2018-ci ilin ilk böyük hesabına səfərdə  imza atan “Neftçi” mövsümdə 2-ci dəfə belə qələbə əldə edib.

Sonuncu böyükhesablı nəticənin qeydə alındığı “Qəbələ” matçından 133 gün sonra Premyer Liqada belə fərq müşahidə olunub. Arxada qalan 23 turda “Neftçi”, “Zirə” və “Qəbələ” daha çox -  hərəyə 2, “Sumqayıt”la “Qarabağ” hərəyə 1 böyükhesablı qələbə qazanıb. 8 belə nəticədən dördündə “Kəpəz” uduzubsa, “Keşlə”, “Səbail”, “Zirə” və “Sumqayıt”ın bir uğursuzluğu var.

Qeyd edək ki, “Neftçi” həm də Azərbaycan çempionatlarında ilk dəfə “Zirə”yə qalib gəlib. Bunadək Premyer Liqada keçirilənı 11 matçdan üçündə heç-heçə qeydə alınıb, səkkizində qəsəbə təmsilçisi qələbə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30