28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Ölkə futbolu

"Qarabağ" 15 oyundur məğlubiyyətsiz irəliləyir

“Qarabağ”ın Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Ağdam klubu 23-cü turun “Kəpəz”lə səfər matçındakı 1:0 hesablı qələbə ilə seriyanın ikinci “onluğ”unu yarılayıb.

Cari mövsümdə yalnız bir məğlubiyyəti olan Qurban Qurbanovun komandası 9-cu turun 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə səfər matçından (0:1) sonra məğlubiyyət acısı yaşamır. “Qarabağ” bu 15 qarşılaşmada 11 qələbə qazanıb, 4 heç-heçə edib ki, bu da komandanın hesabına 37 xal gətirib.

Qeyd edək ki, ardıcıl 15 oyunda uduzmayan “Qarabağ” özünün Azərbaycan çempionatlarındakı nəticəsini - 2015/16 mövsümündəki göstəricini təkrarlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28