Ölkə futbolu
Rəşad Sadıqov: “O, tənbəllik etmir, lazım olsa...”
“Bizim üçün qələbə qazanmaq vacib idi. Bunu da bacardıq. Gəncədəki oyunlar hər zaman ağır keçir. “Kəpəz” istər iddialı olsun, istərsə də turnir cədvəlində sonuncu pillədə olsun. Bu da gərgin matçlarımızdan biri idi. Yaxşı oyun keçdi. Oyuna, topa nəzarət edirdik, amma rəqibin standart vəziyyətlərində çətinlik yaşayırdıq. Bu qələbə münasibəti ilə həm futbolçularımızı, həm də azarkeşlərimizi təbrik edirəm”.
Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer liqasının 23-cü turunda səfərdə “Kəpəz”i məğlub etdikləri matçdan(1:0) sonra jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli müdafiəçi çempionluq yarışında sona qədər mübarizə aparmalı olduqlarını söyləyib: “Qəbələ”dən öndə olsaq da, sona qədər mübarizə aparmalıyıq. Arxayınlaşmaq olmaz. Çünki sonra nəyisə toparlamaq çətin olur. Əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun”.
O, “Kəpəz”in standart vəziyyətlərdə üstün olduğunu bildirib: “İlk qoldan sonra bir balaca oyunumuzu itirdik. Ancaq ikinci hissədə yenidən oyuna nəzarət etdik. Standart vəziyyətlər “Kəpəz”in ən üstün cəhətlərindən biri olub. Heyətlərində başla yaxşı oynayan futbolçular var. Bu da bizim zəif cəhətlərimizdən biridir”.
R. Sadıqov sonda komandanın qələbə, özünün isə “Qarabağ”da ilk qolunu vuran Ramil Şeydayev haqda da danışıb: “Ramilin qol vurması bizim üçün sevindirici haldır. Ötən tur da yaxşı oynamışdı. Sevindirici hal budur ki, düşdüyü vəziyyətdən məyus olmur, sona qədər mübarizə aparır. Artıq yaxşı praktikası var. İstər U-21-də, istərsə əvəzedicilərdə olsun. Artıq əsas heyətdə hər həftə oynayır. Tənbəllik etmir. Lazım olsa, əvəzedicilərdə də oynayır. Sonda da bu gün bəhrəsin gördü”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
-
10:53
İtaliya millisindən Bursada 4 qollu qələbə VİDEO
-
10:31
Varkonyinin millidəki debütu təxirə salındı
-
10:17
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
10:02
Puxaçın milliyə qayıdışı uğursuz alındı
-
09:45
“Qarabağ”ın qapıçısı 2 qol buraxsa da, komandası qalib gəldi
-
09:29
Marko Yankoviç İrəvanda qələbəyə sevindi
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
29.09.2026
28.09.2026
























