24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“İndiki zəmanədə arvad əri ilə pulsuz yatmır, biz isə mükafatsız oynayırıq”

"Keşlə”nin baş məşqçisi Yuri Maksimov Azərbaycan kubokunun yarımfinal mərhələsində "Sumqayıt”ı 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Bu gün qalib gəlmək istəyirdik. Çünki son oyunlarda qalib gələ bilmirdik. Rəqib isə yaxşı formada idi. Bu cəhətdən qalib gəlməyimiz yaxşı oldu. Son dəqiqədə qol vurmağı bacardıq. Bəzi oyunçuların klubla müqavilə müddəti bitmək üzrədir. Onları oyuna kökləmək çətin idi. Ancaq qalib gəlməyi bacardıq. Futbolçularımı təbrik edirəm.

- Bugünkü qələbə ilə düşünmürsünüz ki, rəqibi bir az da qıcıqlandırmış oldunuz?

- Azarkeşlərimiz qarşısında oynayırdıq, buna görə, qalib gəlmək istəyirdik. Rəqibin yaxşı formada olması, bu istəyimizi dəyişə bilməzdi.

- Həmişə məğlub olduqdan sonra kefsiz olurdunuz. Bu gün qalib gəldiniz, lakin yenə kefsiz görünürsünüz...

- Çünki hələ heç nə həll olunmayıb. Qarşıda cavab oyunu var.

- İkinci hissədə komanda bir qədər ehtiyatlı oynayırdı. Bu, nəyə görə idi rəqib yaxşı oynadı, yoxsa...

- 90 dəqiqə pressinq etmək asan deyil. Bu cəhətdən uşaqlara minnətdaram. Bir az da ustalıq səviyyəsi var. Bu da, müəyyən rol oynayırdı.

- "Keşlə”nin avrokuboklara vəsiqə üçün son şansı kubokdur. Bu rəqiblə həftə sonu çempionatda da oyununuz var. Çempionatda heç bir şansınızın qalmadığını nəzərə alsaq, bu oyuna ciddi yanaşmaya bilərsiniz?

- Rəqibin hər iki cəbhədə şansı var. Bizim isə yalnız kubokda şansımız davam edir. Təbii ki, çempionatda da yaxşı oynamağa çalışacağıq. Bəzi problemlərimiz var. Slavik və Denis bu gün zədə alsdı. Ola bilsin, bəzi oyunçulara istirahət şansı verdim. Futbolçuların da bəzilərinin müqavilə müddəti bitir. Bəzi futbolçuların 1 aylıq müqaviləsi qalıb. Buna görə, onları oyuna kökləmək bir qədər çətin olur. Futbolçular gələcəklərini düşünürlər. Onlar zədələnmək istəmirlər.

- Oyunçuları dediniz. Lakin sizin də klubla müqavilə müddətiniz bitir...

- Komanda qalacaq. Ancaq büdcə necə olacaq, bəlli deyil. Bunun üçün bizə qələbə lazımdır.

- "Qarabağ”la oyundan sonra klub rəhbərliyinin sizi aldatdığını demişdiniz. Getmək istədiyiniz deyilir. Komanda hətta avrokubokara vəsiqə qazansa da, gedəcəksiz?

- Bəli. Pul problemi var. Heç klub prezidenti özü necə olacağını bilmir. İndiki zəmanədə arvad əri ilə pulsuz yatmır, biz isə mükafatsız oynayırıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30