26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Almeyda - “Qarabağ” tarixində 5-ci

Topaz Premyer Liqasının XXII turunun “Qarabağ” – “Səbail” oyununda (1:0) matçın taleyini həll edən qolun müəllifi olan Riçard Almeyda ikiqat yubileyə imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubunun Azərbaycan çempionatlarında 1100-cü qolunu vuran milliləşən braziliyalının şəxsi yubileyi nisbətən arxa planda qalıb. Hərçənd yarımmüdafiəçi “Qarabağ”ın heyətində özünün 50-ci qolunu vurub. Bu matçadək müxtəlif turnirlərdə keçirdiyi 233 oyunda 49 dəfə rəqib qapısına yol tapan Almeyda 100-ü “Səbail”lə qarşılaşmada yarılayıb.

Buna “Qarabağ”da keçirdiyi 234-cü matçda nail olan cənubi amerikalı çempionatda 38, kubokda 5, avrokuboklarda 7 dəfə sevinib. Braziliyalı Ağdam təmsilçisində ilk qolunu 2012-ci il avqustun 19-da vurub. Həmin gün Riçard “Sumqayıt”la səfərdəki Premyer Liqa qarşılaşmasında fərqlənməklə 6:1 hesablı qələbədə pay sahibi olub.

Qeyd edək ki, Almeyda “Qarabağ”ın tarixinə 50 və daha çox qol vuran 5-ci futbolçu kimi düşüb.

 

 

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30