16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Anar Nəzirov üçün əlamətdar tur

Topaz Premyer Liqasının XXII turunun “Qəbələ” ilə qarşılaşması (1:1) “Zirə”nin futbolçusu Anar Nəzirov üçün əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisinin kapitanı Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. 2005/06 mövsümündə “Gəncə”nin (indiki “Kəpəz”) heyətində debüt matçına çıxan qapıçı bu matçlarda 266 qol buraxıb.

Azərbaycan çempionatları tarixinə 200 və daha çox oyun keçirmiş 10-cu qapıçı kimi düşən Nəzirov 7 klubun şərəfini qoruyub. 33 yaşlı qolkiper “Turan”da 69, “Zirə”də 62, “Qəbələ”də 25, “Standard”da 19, “Sumqayıt”da 17, “Neftçi”də 6, indiki “Kəpəz”də 2 matç keçirib.

Qeyd edək ki, Anar cari mövsümdə 200-cü oyununu keçirən 7-ci futbolçudur. Ona qədər Novruz Məmmədov, Şəhriyar Rəhimov, Tural Cəlilov (hamısı “Kəpəz”), Ruslan Abışov (“Neftçi”), Ansi Aqolli, Əfran İsmayılov (hər ikisi “Qarabağ”) buna nail olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30