20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Samir Abasov: “Bu, bəhanə deyil, üzrlü hesab etsinlər”

“Pro kateqoriyası ilə bağlı imtahanlara görə Azərbaycanda deyildim. Qayıtdıqdan sonra futbolçularla iclas keçirdim. Oyunun əhəmiyyətini uşaqlara başa salmağa çalışdıq. Dedik ki, taktika və texnikanı kənara atıb, bizə inananların ümidini kəsməməli olduğumuzu bildirdik".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib.

O qeyd edib ki, hazırda yaxşı kollektivləri var: “Bu da öz bəhrəsini verir. Yenə də nəsə çatmırdı. Oyun haradasa qırılır. Biz heç vaxt bu yerlər üçün oynamamışıq. Qalib gəldikcə, hər şey öz yerini tapacaq. İstəmirdik ki, heç-heçə edək. Amma uduza-uduza bu nəticəni qazanmaq da pis nəticə deyil”.

- Kapitan sarğısını Cavid İmamverdiyevə verməyiniz nə ilə bağlı idi?

- Kapitanlığı özüm verdim. Oyunun yük və mahiyyətini Cavidə yükləmək istədim. Ötən turdan sonra İmamverdiyevdən narazı qalmışdım. Bu tur isə özünü pis hiss etməsin deyə, kapitanlığı ona verdim. Futbolçular da sağ olsunlar ki, bunu xoş qarşıladılar.

- Oyundan sonra "Neftçi" azarkeşlərinin futbolçularınızı təbrik etməsi nə ilə əlaqədar idi?

- Bütün azarkeşlərə ehtiyacımız var. Onlar da oyuna rəng qatdılar. Uşaqlara tapşırdım ki, azarkeşliyi qazanmaq lazımdır.

- Mövsümün sonunda “Sumqayıt”dan bir neçə futbolçunun ayrılacağı söylənilir. Bu durum sizi narahat etmir?

- Bu, məni yox, “Sumqayıt”ı narahat etməlidir. İnanıram ki, rəhbərlik də öz addımını atacaq. "Sumqayıt"ın üstünlüyünə əsasən onları saxlaya bilərik.

- Bu gün Tərlan Əhmədovla görüşməməyiniz nə ilə bağlı idi?

- Yadımdan çıxdı. Qonaq və ev komandası söhbəti var. Həmişə görmüşük ki, ev komandası qonağa yaxınlaşar. Amma bu, bəhanə deyil. Üzrlü hesab etsinlər.

- Rəşad Eyyubov əvəzedicisini gözləmədən meydandan çıxdı...

- Rəşadın işi var idi. Qısamüddətli idi. Gedib qayıdandan sonra artıq əvəzləmə etmişdik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30