26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” İtaliyada 4-cü oldu

İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokuna yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” turnirin sonuncu günündə 3-cü yer uğrunda matçda qüvvəsini sınayıb.

“Qırmızı-qaralar” Sloveniyanın “Bravo” komandası ilə görüşüb. Matçın taleyini 1 qol həll edib. Sloveniya təmsilçisi 1:0 hesablı qələbə ilə 3-cü yeri tutub. “Qəbələ” isə turniri 4-cü pillədə başa vurub. Yarışın qalibi adına İtaliya “Udineze”si yiyələnib. Onlar 1:1 hesabı ilə başa çatan final matçının penaltilər seriyasında İngiltərə “Uimbldon”undan üstün olublar.

Xatırladaq ki, “Qəbələ” 3-cü yer uğrunda oyuna qədər keçirdiyi 6 oyunda 5 qələbə qazanıb və 1 heç-heçə edib. Komandamız qrupda “Sofiya Sport B”yə (Bolqarıstan) 14:0, “Livintana”ya (İtaliya) 11:0, “Ankona”ya (İtaliya) 3:1, 1/8 finalda “Hayduk”a (Xorvatiya) 3:2, 1/4 finalda “Mendrisiotto Selection”a (İsveçrə) 5:1 hesabı ilə qalib gəlib və yarımfinalda İngiltərə “Uimbldon”una penaltilərlə uduzub - 1:1, pen. 4:5.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30