20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Yunis Hüseynov: "Ola bilməz ki, kimsə mənə etiraz etsin"

Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində “Zirə”ni qəbul edən “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov matçsonrası mətbuat konfransı keçirib. Futbolxeber.az xəbər verir ki, çalışdırıcı əvvəlcə oyun haqda fikirlərini bildirib.
 
-    Fasilə yaranmışdı. Məşqləri Bakıda davam etdirdik. Təəssüf ki, bu müddətdə yoxlama görüşü keçirə bilmədik. Elə buna görə də ilk yarıda bir qədər axsamalar oldu. Fasilədən sonra pis oynamadıq. Amma 85-ci dəqiqədən sonra qol buraxa bilərdik. Bilirsiniz də bu son 5 dəqiqə söhbətini. Təəssüf ki, Manjqaladze sarı vərəqə aldı və cəzalı duruma düşdü. Demişdim ki, Gəncədə məskunlaşmağımızı istəyirəm. İki gündən sonra Gəncəyə qayıdıb, növbəti tura hazırlaşacağıq.
 
-    Olmazmı ki, komanda heç Bakıya qayıtmasın?
 
-    Bir sıra legionerimizin ailəsi Bakıda qalır. Sabah istirahət günüdü. Buna görə də qoy dincəlsinlər.
 
-    Roman Hüseynov əvəzlənərkən meydanı əsəbi şəkildə tərk etdi. Hətta Siz əl uzadanda bunu candərdi etdi.
 
-    Ola bilməz ki, kimsə mənə etiraz etsin. Bütün diqqətim oyunda idi, amma düşünmürəm ki, belə bir şey etsin.
 
-     Manjqaladze cəzalı duruma düşdü. Ancaq bunu oyun epizodunda yox, hakimlə danışığa görə etdi. 
 
-    Buna görə pul cəzasına məruz qalacaq.
 
-    Oyunun son dəqiqələrində futbolçularınıza top saxlamağı tapşırdınız. Bu, yetirmələrinizin yorğunluğu ilə bağlı idi?
 
-    Xeyr, sadəcə, 4 oyunda 85-ci dəqiqədən sonra qol buraxmağımızı xatırlayırdım. Ancaq diqqət yetirdinizsə, final fiti səslənərkən biz hücumda idik. Yəni yorğunluqdan söhbət gedə bilməzdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30