19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Famussa Kone: “Çempion müəyyənləşməyibsə, hələ şansımız var”

“Qəbələ”nin hücumçusu Famussa Konenin Futbolxeber.az saytına müsahibəsi:
 
- Fasilədən necə yararlandınız?
- Fikrimcə, çox yaxşı oldu. Yaranmış uzun fasilədə lazımı qədər hazırlaşa bildik. Əsas odu ki, ciddi problemimiz yoxdu. 
 
- Fasilədən öncə Premyer Liqada keçirdiyiniz son oyunlardakı nəticələr qənaətbəxş deyildi...
- Amma çempionat başa çatmayıb. Hələ qarşıda xeyli oyun var. Ona görə də gözləmək lazımdı. 
 
- Lakin çempionluq şanslarınızı itirmisiniz...
- Bu barədə danışmaq üçün tezdi. Çempion müəyyənləşməyibsə, necə deyə bilərik ki, şansımız yoxdu. Sonuna qədər gözləmək lazımdı. Futbolda hər şey mümkündü. 
 
- Öz çıxışınızdan razısız?
- Əlbəttə ki, razıyam. Düşünürəm ki, komandam üçün əlimdən gələnin və bacardığımın ən yaxşısını edirəm. 
 
- Əsas diqqətiniz kubokdadı?
- Hər iki turnirdə eyni güclə və eyni diqqətlə oynamalıyıq. Biz ikisinə də hazır olmalıyıq. 
 
- "Sumqayıt" son zamanların ən yaxşı formada olan komandasıdı. Sizi çətin matç gözləyir...
- "Sumqayıt" çox yaxşı komandadı. Onlar özlərini əla tərəfdən göstərə bilirlər. Bizim üçün asan matç olmayacaq. Çox vacib qarşılaşmadı və ciddi şəkildə hazır olmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30