20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qurban Qurbanov ilk növbədə intizamlı olmağı tələb edir”

"Kəpəz"in kapitanı Şəhriyar Rəhimov qol.az-a müsahibə verib.
 
- Yığmanın komandanın heyətində ilk dəfə rəsmi oyunlarda iştirak etdin. Millidə oynamaq geyinmək necə hissdir?
 
- Həqiqətən də çox fərqli hisslərdir. Xoşbəxtəm ki, milli komandanın formasını geyindim. Bu formanı daşımaq mənim üçün həm şərəf, həm də qürurdur.
 
- İlk oyunda Bakıda Belarusa 0:1 hesablı məğlubiyyətdən sonra komanda çox tənqid olundu...
 
- Belarusa qarşı pis oynadığımızı deyə bilmərəm. Əksinə, biz onlardan daha üstün tərəf idik. Oyun ərzində topa demək olar ki, milimiz nəzarət etdi. Sadəcə, rəqib arxa xəttdə sıx oynadığı üçün müdafiəni yarmaq mümkün olmurdu. Ümumi götürsək, məğlubiyyətə layiq deyildik. Bəlkə də hesabı bəbarərləşdirə bilsəydik, bu qədər tənqid olmayacaqdı.
 
- Bəs Makedoniya ilə oyun barədə nə deyə bilərsən?
 
- Makedoniya Belarusdan güclü komandadadır. Reytinqdə də bizdən irəlidədirlər. Düşünürəm ki, yaxşı mübarizə apardıq. Belə bir rəqiblə heç-heçə etmək pis nəticə sayılmamalıdır. Hətta oyun ərzində bizim 2-3 real qol vəziyyətimiz oldu ki, onlardan yararlana bilsəydik, qələbə də qazana bilərdik.
 
- Təxminən 10 günə yaxın Qurban Qurbanovun rəhbərliyi altında həm məşq etdin. həm də oyunlara çıxdın. Onu necə xarakterizə edərdin?
 
- Qurban müəllim nizam-intizamı sevən məşqçidir. Futbolçulardan da ilk növbədə intizamlı olmağı tələb edir. Toplanışda olduğum müddətdə bunun bir daha şahidi oldum.
 
- Son toplanışda bir neçə yeni futbolçu var idi. Necə düşünürsən, Qurban müəllim çıxışınızdan razı qaldı? Bu barədə sizə nəsə dedi?
 
- Yox, bu barədə söhbət olmadı. Əgər növbəti toplanışlara dəvət etsə, deməli, razı qalıb.
 
- Sən özün necə, yenidən milliyə çağırılacağına inanırsan?
 
- Millidə oynamaq istənilən futbolçunun arzusudur. Hər şey bizim özümüzdən asılıdır. Klubumda daim oynayıb, özümü yaxşı tərəfdən göstərə bilsəm, inanıram ki, yenidən yığmaya çağırılacam.
 
- Sentyabr ayında Millətlər Liqası start götürəcək. Səncə, bu oyunla yığmamız turnirdə uğur qazana bilər?
 
- Son 2 oyun yoxlama xarakteri daşıyırdı. Qurban Qurbanov bütün futbolçuları iş başında görmək istəyirdi. Millətlər Liqasındakı rəqiblərimiz Makedoniyadan güclü deyillər. Hətta deyərdim ki, zəifdirlər. Millimizə vaxt lazımdır. Zaman keçdikcə hər şey daha da yaxşı olacaq. İnanıram ki, Millətlər Liqasında uğurlu çıxış edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30