29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Futzal millimizin heyəti açıqlandı

Futzal millimiz aprelin 4-dən 11-dək Bakıda keçiriləcək “Birinci Türk Universitetləri İdman Oyunları”nda iştirak edəcək.
 
Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi "feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Türk Universiadasında mübarizə aparacaq komandamız qalib adı uğrunda Türkiyə, Qazaxıstan və Qırğızıstan yığmaları ilə mübarizə aparacaq.
 
Oyunlar aprelin 5, 6 və 8-də Azərbaycan Texniki Universitetin idman zalında keçiriləcək. Futzal üzrə milli komandamız bu gündən etibarən yarışın hazırlığına başlayıb. Joze Alesio da Silvanın rəhbərliyi ilə komanda məşqlərini Bakı İdman Sarayında həyata keçirəcək.
 
Oyunlar zamanı baş məşqçi 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçının xidmətindən istifadə edə biləcək. Toplanışa isə 18 futzalçı dəvət edilib:
 
Rövşən Hüseynli, Ramiz Çovdarov, Oktay Rüstəmli (hamısı “Araz”), Nihad İsmayılov (“FK.İD.Futsal”), Fərid Atakişiyev (EKOL), Kamran Hacıyev, İbrahim Zeynalov, Tofik Əliyev, Rüstəm Bağırzadə (hamısı “Marafon Futsal”), Vladislav Vorobyov (“Yasamal”), Elçin Zeynalov, Əli Həsənov, Yamin Ağakərimzadə (hamısı “Xəmsə”), Eşqin Tağıyev, Raqif Eyvazov (hər ikisi “İtaldizain”), Mirmehdi Rzayev (ADBTİA), Vüsal İsayev və Qüdrət İsmayılov (hər ikisi “Baku Fire”).
 
Qeyd edək ki, yarışda turnirin startına qədər 28 yaşı tamam olmamış idmançılar iştirak edə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31