Ölkə futbolu
“Xəzər Lənkəran”lı futbolçulardan bəziləri baş məşqçiləri qovmaq planı üzrə peşəkarlaşıblar"
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Bencamin Toşak klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis “Makkabi” (Hayfa) oyunu sonrası baş verənlərə aydınlıq gətirib. “Dünən “Makkabi”(Hayfa) önündə aldığımız acı məğlubiyyətdən sonra bir çox məsələlərə aydınlıq gətirmək istərdim. Təbii ki, nəticəyə görə məsuliyyəti həmişə baş məşqçi daşıyır. Dünən oyunsonrası mətbuat konfransında da bunu bir daha söylədim. Matçdan dərhal sonra klub rəhbərliyinə istefa vermək istədiyimi bildirdim. Qərarımda da qəti idim. Amma rəhbərlik məndən işimdə qalmağı və tez-tez məşqçi dəyişiliklərinə səbəb olan bəzi futbolçuları “Xəzər Lənkəran”dan təmizləməyimi istədilər. Dünya futbolunda özümə görə nüfuzu olan məşqçiyəm. Karyeram boyu bir çox tanınmış futbolçular tabeçiliyim altında gözəl oyunu ilə yanaşı, ulduz olaraq özlərini də, məni də məşhur ediblər, adımızı dünyaya tanıdıblar. Bir çox titullar, nailiyyətlər qazanmışam. Birdən birə necə oldu ki, pis məşqçiyə çevrildim?! İndi burada görürəm ki, əksinə “Xəzər Lənkəran”lı futbolçulardan bəziləri baş məşqçiləri qovmaq planı üzrə peşəkarlaşıblar. Ona görə də belələri bizimlə qalmayacaq. Legioner futbolçu yerli oyunçulara da örnək olmalıdır. Onlar gəlib burada həm yaxşı pul qazanır, krallar kimi bahalı otellərdə qalır, amma oyuna gəldikdə istəniləni vermirlər. Bununla yanaşı belələri aşağı yaş qrupunda çıxış edən potensiallı futbolçuların da qarşısını alır. Heyətdə bir neçə lənkəranlı futbolçu var ki, mənə görə onlar “Makkabi” ilə matçda meydanda olsa idilər, bir çox əcnəbi futbolçulardan heç də pis təsir bağışlamazdılar, bəlkə də daha əzmkar mübarizə aparacaqdılar. Bu gün heyətdən uzaqlaşdırdığımız futbolçulara qərarımı söyləyəndə onlar bunu çox rahatlıqla qarşıladılar. Hətta onlar haqqında verilən qərarın səbəbini belə soruşmadılar. Sanki heç veclərinə də deyil. Bu belə olmaz. Lənkərana gələn hər bir futbolçu böyük bir camiəyə, xüsusi bir ailəyə gəldiyinin fərqində olmalıdır. Burada müəyyən qədər günahın çoxu da məndədir. Futbolçularıma qarşı həmişə xoş rəftar bəslədim. Amma bir çoxları mənim onlara olan münasibətimdən sui-istifadə etdi. Artıq hər şey fərqli olacaq. Bundan sonra da nizam-intizam qaydalarını pozan, ustalıq səviyyəsi bizi qane etməyən futbolçular komandadan dərhal göndəriləcək”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
19:18
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
09:30
Millimiz Tacikistana qarşı
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
-
18:48
Nazarov: “Azərbaycandan təklifim olmayıb”
-
18:31
“Qarabağ”dan fanşopla bağlı yenilik
-
18:16
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
17:53
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
-
13:21
“Turan Tovuz” - "Fənərbaxça” oyununa böyük maraq: 1 saata 6 min bilet satıldı
-
13:00
İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
-
11:12
"Qaradağ Lökbatan"dan 7 qollu qələbə VİDEO
-
10:43
Yankauskas: “Azərbaycanda prioritet klub futboludur, milli yox”
-
10:25
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə yüksəlib
-
10:07
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
09:34
Cəlal ehtiyatda qaldı, komandası qələbə qazandı
23.09.2026
22.09.2026
























