20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Qurban Qurbanov: "Elvindir də, boş verin "

Azərbaycan millisindən kənarlaşdırılan "Qarabağ"ın futbolçusu Elvin Yunuszadə klubun əvəzedici heyətinə göndərilib.

Futbolxeber.az saytının sportnet.az-a istinadən verdiyi məlumata görə, bu barədə hər iki komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

46 yaşlı mütəxəssis bildirib ki, bu, Elvin Yunuszadənin nizam-intizamı pozduğu ilk hal deyil. O, qərarda təəccüblü bir şeyin olmadığını vurğulayıb: "Mən klubda hər hansı futbolçunun bəzi hərəkətlərinə göz yuma bilərəm. Çünki futbolçu ilboyu eyni iş sistemi, eyni prinsiplərlə çalışır, yorğunluq olur. Bəzən məşqə gecikə, ləngiyə bilər. Milliyə gəldiyim gündən, ilk növbədə, "Qarabağ"ın futbolçularından tələb etmişəm ki, daim hər yerdə birinci olsunlar. Elvində isə bu hal ilk dəfə deyil. Nə yalan danışasıyıq? Onu əvəzedici heyətə də göndərmişik, bəzən sizin xəbəriniz olmadan cərimələnib də. Belə hallarda bu addım atılmalı idi və mən də atdım. Yəqin ki, sizin üçün də təəccüblü bir şey yoxdur. Çünki tələbim budur: İlk növbədə, "Qarabağ"da rəhbərliyim altında çıxış edən futbolçular millidə çox diqqətli olmalıdırlar".

Qurbanov Yunuszadənin "İnstagram"da "Məni yalnız Allah cəzalandıra bilər" paylaşımına isə belə reaksiya verib: "Elvindir də. Boş verin. Onun belə fikirləri olacaq. Niyə belə yazdığını bilmirəm. Bəlkə də özü ilə kiminsə arasında olan bir şeydir. Ümumiyyətlə, bizim hökmümüz Allahın hökmü ola bilməz. Allahın hökmü ilə biz bacarmarıq. Bu, tamamilə ayrı fikir ola bilər. Bizim öz qərarlarımız var. Olub ki, cəzalandırmışıq, sonra bağışlamışıq. Onun fikirlərinə münasibət bildirməyim də düzgün çıxmaz". 

Baş məşqçinin sözlərinə görə, Yunuszadə son bir ayda ən yaxşı formada olan futbolçulardan olub. Amma o, nizam-intizamın pozulması hallarına göz yummadığını diqqətə çatdırıb: "Mən futbolçunu cərimələmək istəmirəm. Çünki futbol oynadığım vaxt mənim də səhvlərim, özümü düzgün aparmadığım hallar olub. 5 ildir birgə işləyiriksə və mənim xarakterimi bilirsə, ona güvənərək, komandada saxlayıramsa, yeri gəlsə, cəzalandırmağa, belə qərarlar verməyə haqqım da var". 

Qurbanov yığmanın Belarusla yoldaşlıq görüşü üçün heyətinə daxil edilməyən Kipr "Anortosis"inin futbolçusu Araz Abdullayevi millidən birdəfəlik kənarlaşdırmamasının səbəbini isə belə izah edib: "Arazla cəmi 2 gündür birgə işləyirik. Onunla Elvini bir tutmaq olmaz. Düşünürəm ki, Abdullayev daha yaxşı futbol oynayacaq. Özünün də insan kimi keyfiyyətlərini daha da yaxşılaşdıracağına inanıram. Yığmanın düşərgəsinə gələn kimi onunla hərtərəfli söhbətimiz, danışığımız olmuşdu. Söhbətimiz onun gələcək klub karyerası ilə bağlı yox, millidəki işi ilə əlaqədar olub".

Qeyd edək ki, Elvin Yunuszadə və Araz Abdullayev Azərbaycan millisinin Belarus yığması ilə yoldaşlıq oyunundan öncə təşkil olunmuş toplantıya gecikmələri səbəbindən cəzalandırılıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30