20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Kriuşenko: “Rəbiz bizi sıxırdı”

Belarus millisinin baş məşqçisi İqor Kriuşenko yığmamıza 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Bizim üçün qələbə çox vacib idi. Çünki uzun müddətdir komanda mənim rəhbərliyim altında qələbə qazana bilmirdi. Top saxlamağa çalışırdıq. İlk dəqiqələrdə bu alınırdı. Lakin vaxt keçdikcə komandamın ifasında arzuladığım oyunu görmədim. Rəqib bizi sıxırdı. Bununla da, rəqibin arxa xəttində boş zonalar yaranırdı. Bundan istifadə etməyə çalışdıq. Bu, bəzən alınırdı, bəzən isə yox. Futbolçuların əksəriyyəti Belarus çempionatında çıxış edir. Çempionat başlamadığından, futbolçuların çoxu formada deyildi. Azərbaycanda isə əksinə, oyunçular yaxşı formada idi.

- Hamımız bilirik ki, Belarusda xokkeyə daha çox diqqət yetirilir. Bu yaxınlarda ölkə prezidenti Lukaşenko futbola da diqqət ayıracaqlarını dedi. Bu, sizdə təzyiq yaratmır ki?

- Buna təzyiq yox, motivasiya kimi baxıram. Oyunçularımızın çoxu ölkə çempionatında çıxış edir. Belarusda akademiya tikilib. Bu oyunçuların yetişməsi üçün vaxt lazımdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30