20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ”dən 15 cavabsız qol

Topaz Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə hazırlıqlarını Bakıda gerçəkləşdirən “Qəbələ” yoxlama oyunu keçirib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, XX turun “Keşlə” ilə martın 13-də keçirilən qarşılaşmasının (1:1) ardından üçgünlük istirahətə buraxılan, ayın 17-dən məşqlərini bərpa edən “qırmızı-qaralar” “Tufan” klubu ilə görüşüb.

Region Liqasında çıxış edən rəqiblə matç “Bakı” FK-nın təlim-məşq bazasında keçirilib. Milli komandaların heyətinə çağırılan futbolçuların iştirak etmədiyi qarşılaşmada baş məşqçi Roman Qriqorçuk aşağıdakı start “11-liy”inə şans verib: Dmitri Bezotosnı, Vitali Vernidub, Voislav Stankoviç, Təmkin Xəlilzadə, Rasim Ramaldanov, Filip Ozobiç, Dion Malone, Cavid Hüseynov (k), Stiven Monroz, Baqali Dabo, Famussa Kone.

“Qəbələ”nin üstünlüyü ilə keçən matçın gedişində Aqil Məmmədov, Elvin Camalov, Elvin Məmmədov, Yusif Nəbiyev, Abbas Ağazadə, İlqar Qurbanov, Amin Seydiyev də meydana daxil olub. Oyun “qırmızı-qaralar”ın 15:0 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ”nin heyətində Baqali Dabo və Stiven Monroz hərəyə 3, İlqar Qurbanov 2, Təmkin Xəlilzadə, Abbas Ağazadə, Famussa Kone, Filip Ozobiç, Elvin Məmmədov, Elvin Camalov hərəyə 1 dəfə fərqlənib. Toplardan biri isə avtoqol hesabına gerçəkləşib. Bu oyundan sonra məşqlərini paytaxtda davam etdirəcək “qırmızı-qaralar”ın daha bir yoxlama görüşü keçirməsi planlaşdırılır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30