Ölkə futbolu
UEFA-nın Azərbaycandakı nümayəndəsi: "Şübhə yaradan bəlli futbolçular var"
UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Kamran Cəbrayılov “Report”a müsahibə verib. Futbolxeber.az müsahibəni təqdim edir.
- Martın 7-də keçirilmiş AFFA-nın Hesabat Konfransında danışılmış oyunlarla bağlı e-mail ünvanının açıldığı elan olundu. Ötən müddət ərzində elektron poçta məktub daxil olubmu?
- Hələlik [email protected] ünvanına məlumat daxil olmayıb. Amma biz insanların məlumatlarını bizimlə bölüşmələrində maraqlıyıq. Daxil olan istənilən məlumat tərəfimizdən araşdırılacaq. AFFA ictimai qurumdur. Danışılmış oyunlar ümumi işimizə xələl yetirir. Bu cür hallara qarşı birgə mübarizə aparmalıyıq. İctimaiyyətin fikrinə önəm verdiyimiz üçün bu e-maili açmışıq. İstənilən şəxs danışlmış oyunlarla bağlı hər hansı məlumatı bura göndərə bilər. Həmin şəxslərin anonimliyi təmin olunacaq. Yaxşı olar ki, məktubda yer alan şübhələr əsaslı olsun. Məsələn, hansısa video əlavə edilsin.
- UEFA-dan gələn məlumatlar və e-mailə daxil olacaq məktublar öz yerində, AFFA özü daxili araşdırmanı hansı formada aparır və hansısa matçın nəticəsi şübhə doğuran zaman nə edirsiniz?
- Əlbəttə, şübhəli tendensiya olanda tərəfimizdən araşdırma aparılır.
- I Divizonun lideri “Qaradağ Lökbatan”ın son 4 turda məğlub olması şübhələrə yol açıb. Bu barədə nə deyə bilərsiniz?
- Hazırda “Qaradağ Lökbatan”la bağlı xüsusi bir hal yoxdur. Mətbuatda gedən yazılarda nəyə istinad etdiklərini bilmirəm. Araşırmalar ümumi şəkildə aparılır. “Qaradağ Lökbatan”la əlaqəli xüsusi araşdırma aparılmır.
- Ancaq 38 xalla 1-ci pillədə qərarlaşan və ən yaxın izləyicisini 8 xal qabaqlayan komandanın ardıcıl 4 görüşdə məğlub olması qəribədir...
- Başa düşürəm, son oyunlarda uduzması ictimaiyyətdə şübhə yaradır. Amma yenə də deyirəm: Sırf bu komandanın çıxışı ilə bağlı araşdırma getmir. Biz daha çox UEFA-dan gələn məlumatları əsas tuturuq.
- I Divizionda şübhə doğuran yalnız “Qaradağ Lökbatan”ın çıxışı deyil. Məsələn, “Turan Tovuz”un da nəticələrində uyğunsuzluqlar var. Bu komanda XVII turda lideri səfərdə 3:1 hesabı ilə məğlub edib. XVIII turda isə sonuncu pillədə qərarlaşan “Zaqatala”ya uduzub. Bu cür nəticələri araşdıran əməkdaşlarınız var?
- UEFA-dan gələn sənədlər təsadüfi materiallar deyil. Onların əsasında qərarlar verilir. İdman Arbitraj Məhkəməsi həmin sənədləri sübut kimi qəbul edir. Ona görə də istinad oluna biləcək araşdırmalara üstünlük veririk. Ancaq qeyd etdiyiniz formada tendensiyalı nəticələri ekspertlər qrupu təhlil edir. Hər bir şübhəli məqamı nəzarətdə saxlamağa çalışırıq.
- Qış fasiləsindən sonra Premyer Liqada baş tutan 6 turun oyunları ilə bağlı UEFA-dan məlumat daxil olub?
- Xeyr. Əsas narahatlıq I Divizionla bağlıdır. Premyer Liqa ilə əlaqədar gündəlikdə ciddi bir məsələ yoxdur.
- I Divizionda çıxış edən 10 komandadan neçəsi şübhə altındadır?
- Bunu detallı söyləməyim mümkün deyil. Bu, yalnız AFFA-da deyil, UEFA-nın özündə belə, ictimaiyyətə geniş məlumat verilmir. UEFA bizdən məlumatların məxfi saxlanılmasını tələb edir. Həmçinin, bizdə danışılmış oyunlarla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilib. Hüquq-mühafizə orqanları tərəfindən də araşdırmalar aparılır. Onlarla birlikdə işləyir, apardıqları araşdırmaların nəticəsində daha konkret faktların üzə çıxacağına ümid edirik. Biz AFFA olaraq, araşdırmanı sırf futbol adamları arasında aparırıq və yalnız onlara sanksiya tətbiq edə bilərik. Ancaq hüquq-mühafizə orqanlarının araşdırması daha əhatəlidir. Danışılmış oyunlara maliyyə ayıran, bu işin təşkilatçılığını həyata keçirən şəxslərlə bağlı onlar tədbir görə bilərlər.
- Aparılan araşdırmalarla bağlı rəsmi qərarların verilməsi təxminən nə zaman olacaq?
- Beynəlxalq praktikaya baxsaq, bu cür qərarlar oyun baş tutandan 5 – 6 il sonra da verilə bilər. Yəni, hər şey araşdırmanın yekunlaşmasından, sübutların toplanılmasından asılıdır.
- Hazırda şübhə altında olan futbolçuların siyahısı var?
- Siyahı deməyək, ümumilikdə nəzarətdə olan komandaların şübhə yaradan bəlli oyunçuları var.
- Daha əvvəl I Divizonda danışılmış oyunlarda iştiraka görə futbolçular, referi və inzibatçı cəzalanıb. Lakin klub rəsmilərinin və məşqçiləri iştirakı olmadan nəticəyə təsir etmək bir qədər çətindir. Bu baxımdan, nəzarətdə olan rəsmi şəxslər və məşqçilər var?
- Hələlik geniş araşdırma gedir. Xüsusi nəzarətdə olan şəxslər var. Araşdırma, əsasən, şübhəli oyunun gedişatına uyğun aparılır. Matçın iştirakçısı futbolçular olduğundan, daha çox onlar təhlil edilir. Onlar dəvət olunurlar və soruşulur ki, bu işə necə etmisiniz, kimdən göstəriş almısınız və s. Futbolçu klub rəsmisinin və ya məşqçinin bu işdə iştirakı ilə bağlı əlavə məlumat vermirsə, bizim onları günahlandırmağımız düz deyil. Faktlar olmalıdır. Futbolçularla bağlı faktları müəyyənləşdirmək daha asandır. Çünki oyunçu matçda icraçı kimi çıxış edir və hər şey açıq-aydın görünür.
- Danışılmış oyunların iştirakçıları arasında hakimlər də olur. Sabiq referi Anar Niyazov bu səbəbdən cəza alıb. Hazırda idarəçiliyi şübhə doğuran ədalət təmsilçiləri var?
- Xeyr, hələlik belə bir şey yoxdur. Hakimlər Komitəsi ilə sıx əlaqədəyik. UEFA-nın tövsiyəsi də odur ki, matçların hakimləri maksimum dərəcədə son anda təyin edilməlidirlər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ” - “Ayaks”: həyəcan zirvəyə yüksəlir
- “Neftçi”nin baş məşqçi məsələsində son durum: Nə türkiyəli, nə belaruslu...
- “Neftçi”nin yeni baş məşqçisi bilindi - SON DƏQİQƏ
- Silva Yankoviçlə mübahisə etmələrindən danışdı: “Hər şey həll olunub”
- Vernidub “Neftçi”nin baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirdi
- Elvin Məmmədov istefasını şərh etdi: “Səbail”in bunu bacaracağına inanıram”
- Tramp DÇ-2026-nın püşkatmasında Azərbaycan Xalq rəssamlarının hazırladığı mükafat aldı
- “Qarabağ”ın oyununun biletləri satışa çıxır
- Samir Abasovun “Neftçi”dən gedişi dəqiqləşdi
- Joni Montiel: “Qarabağ” hamının məğlub etmək istədiyi komandadır”
- "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxdı
- "Səbail"in icraçı direktoru: "Elvin Məmmədov işinə həmişə peşəkar və dürüst yanaşıb"
- “Qarabağ”ın üzvləri yeni reabilitasiya mərkəzində
- Kunq-fu üzrə 31-ci Respublika birinciliyi keçirilib
- “Napoli” - “Qarabağ” oyununun hakimləri açıqlandı
-
18:41
“Qəbələ”nin qış hazırlıq planı məlum oldu
-
18:19
PFL-in təşəbbüsü ilə internat məktəbinin şagirdləri "Qarabağ"la görüşdü VİDEO
-
17:57
2025-ci ildə boksçularımızın beynəlxalq yarışlarda əldə etdikləri medalların sayı artıb
-
17:25
PFL 2026-cı ilin ilk turunun oyun cədvəlini açıqladı
-
17:06
Azərbaycanın güləş hakimi ən yüksək kateqoriyaya yiyələnib
-
16:34
"Qaradağ Lökbatan"dan 13 qollu qələbə
-
16:13
Azərbaycan Basketbol Federasiyası 3 hakimi cəzalandırıb
-
15:42
Azərbaycanlı pilot mövsümün son yarışını uğurla başa vurub
-
15:28
Azərbaycanda şahmatın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb
-
15:00
I Liqada hakim təyinatları açıqlandı
-
14:39
Azərbaycan Şahmat Federasiyası ilə yekun vurub
-
14:17
II Liqada hakim təyinatları
-
13:45
"Kəpəz" iki futbolçusu ilə yolları ayırıb
-
13:21
Adel Amruş: “Hələ də maşında Azərbaycan musiqisinə qulaq asıram”
-
13:06
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:53
14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək
-
12:30
Mərakeş Afrika Millətlər Liqasına qələbə ilə başladı VİDEO
-
12:14
Emin Mahmudov: “Şükür, yaxşı qurtardıq”
-
11:48
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:29
Güləşçilərimiz üçün etika və natiqlik təlimləri keçirilir
-
11:07
"Mançester Yunayted" uduzdu VİDEO
-
10:52
Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
-
10:31
"Bavariya"dan darmadağın VİDEO
-
10:16
Boksçularımız Türkiyədə 32 medal qazanıblar
-
10:03
Premyer Liqamızda ilin son oyunu
-
09:45
"Barselona" səfərdə qalib gəldi VİDEO
-
20:48
“Araz-Naxçıvan”ın qələbəsi VİDEO
-
20:31
“Əzmkar qələbə qazandıq”
-
20:00
“Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram”
-
19:26
“Qarabağ” və “Araz-Naxçıvan” ili qələbə ilə başa vurdu
-
19:15
"Qarabağ"dan əzmkar qələbə VİDEO
-
17:57
Sxadadze: “Hakimin gözündə mənə qarşı nifrət var idi”
-
17:42
Qurban Qurbanov: “Bura uşaq bağçası deyil”
-
14:21
Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
-
13:39
Leroy Mikels: “Avrokuboklar uğrunda mübarizə aparmağımız real görünür”
-
13:13
"Fənərbaxça"nın qələbəsi VİDEO
-
12:58
Mbappe Ronaldonun rekordunu təkrarladı
-
12:00
"Çelsi" məğlubiyyətdən qaçdı VİDEO
-
11:46
Azərbaycanda növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
-
11:27
"Yuventus" "Roma"nı məğlub etdi VİDEO
-
11:14
“Zirə”nin futbolçusuna simvolik forma təqdim olundu
-
10:52
"Beşiktaş" 3 xalı tək qolla qazandı VİDEO
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
"Real"dan çətin qələbə VİDEO
-
10:03
Juninyonun yeni klubu rəsmən bilindi
-
09:45
"Liverpul" "Tottenhem"ə qalib gəldi VİDEO
-
20:26
Zirədə qalib aşkarlanmadı VİDEO
-
19:47
PFL Premyer Liqada ayın ən yaxşı qolunun müəllifini mükafatlandırdı
-
19:14
Rəşad Sadıqov: "Büdcəmiz qışda transfer etməyə imkan vermir"
-
18:32
“Neftçi” qalib gəldi, “Zirə” xal itirdi
22.12.2025
21.12.2025
20.12.2025























