24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Ufuk Budak millimizə çağırılmamasını istəyib

"Samsunspor"un futbolçusu Ufuk Budakın Azərbaycan milli komandasına qayıdışı sonraya qalıb. Futbolxeber.az xəbər verir ki, Türkiyə çempionatının I liqasında çıxış edən sol cinah oyunçusu millimizin bu ayın son 10 günlüyündə keçirəcəyi Belarus və Makedoniya yığmaları ilə yoldaşlıq görüşlərində dəvət almışdı.
 
Ancaq son turda "Qaziantepspor"l matçda zədələnən Ufuk çağırılmamasını istəyib. Ufuk özü AFFA-ya zəng edərək bu matçlarda iştirak edə bilməyəcəyini deyib.
 
Əvvəlki zədəsini təzələyən Ufukun müalicəsinə artıq başlanıb. Onun "Adanaspor"la matça sağalacağı bildirilir. 
 
Xatırladaq ki, millimiz Belarusla martın 23-də Bakıda, Makedoniyayla martın 27-də Antalyada qarşılaşacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30