20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Tərlan Əhmədov: "Pillə-pillə irəliləyirik"

Azərbaycan Premyer Liqasının 19-cu turunda evdə “Keşlə”ni məğlub edən (3:2) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az xəbər verir ki, Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
 
- Bəlkə də yeganə oyun olardı ki, xal itirsək, məyus olardım. Azarkeşlərimizi təbrik edirəm. Pillə-pillə irəliləyirik. Yolumuz çox çətindi. Çalışırıq ki, hər oyuna motivasiyalı çıxaq. Futbolçularıma təşəkkür edirəm. Bu gün məğlub da ola bilərdik. Bu gün gözəl oyunla qalib gəldik.
 
- Oyunun gedişində Rəhmanı əvəzləmək istəsəz də, sonda Emini əvəz etdiz.
 
- Bəli, onu əvəzləmək istəyirdim, lakin Emin yaxınlaşıb yorğun olduğunu bildirdi və onu əvəzlədik.
 
- Komanda iki dəfə önə keçsə də, sonda hesabı qoruya bilmədi. Bu, komandanın boşalması ilə bağlı idi?
 
- Xeyr, əvvəlcədən də “Keşlə”nin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Bununla bağlı komandaya tapşırıq vermişdim. Ancaq qarşısını ala bilmədik. Bu, “Keşlə”nin üstünlüyüdü. Çalışacağıq ki, gələn oyunlarda bu cür hallar yaşanmasın.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30