25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Bu qələbəylə fəxr edirik"

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının XIX turunda "Kəpəz"ə səfərdə 1:0 hesabıuyla qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. 
 
- Bu gün çox vacib qələbə qazandıq. Bununla fəxr edirik. Çünki bunu komandanın çətin vəziyyətində əldə etdik. Qazandığımız 3 xal Ilk növbədə özünəinamın artmasına imkan yaradacaq.
 
- Kapitan Cavid Hüseynovun yoxluğu nəylə bağlı idi?
 
- O, Qəbələdə olduğumuz zaman - sragagün zədələndi. Özü də bu, tennisbol oynayan zaman oldu. İnanılmaz zədə oldu. Bildiyiniz kimi, bu oyun zamanı təmas olmur. Ancaq buna baxmayaraq, Cavid zədə aldı və ayağına 6 tikiş qoyuldu. Çətin vəziyyətdə olduğumuz zaman kapitan bizə lazım idi, ancaq zədə üzündən bizə kömək edə bilmədi. Şükür Allaha ki, Hüseynovun olmayanda da qələbə qazandıq. Ona tezliklə sağalmağı arzulayıram. Yeri gəlmişkən, bu gün onun ad günü idi, təbrik edirəm.
 
- Cəzalı Vojislav Stankoviçin yoxluğunda mərkəz müdafiəçisi mövqeyində Rasim Ramaldanovu gözləmək olardı. Ancaq ona yenə şans vermədiniz... 
 
- Bununla bağlı dərin təhlil aparmışıq. Bu, mənim qərarımdı və belə seçim daha məqsədəuyğun idi. 
 
- Bu gün hədsiz emosional idiniz. Bu da hakimin qərarlayla bağlı idi...
 
- Bu haqda danışmaq istəmirdim. Ancaq sual verdiniz, təbii ki, cavab verəcəyəm. Həmin hakimlərə böyük hörmət bəsləyirəm. Ancaq baş hakimin bəzi epizodlarda rəqib futbolçualara sarı vərəqə verməmələri məni narazı saldı. İndi də bu, yadıma düşür, əsəbiləşirəm. Belə münasibət məni çox hiddətləndirdi. 
 
- Stiven Jozef-Monrozun kənarda qalmasının səbəbi nə idi?
 
- O, hələ ki zədəlidi. Müalicəsi davam edir, Fərdi məşq edir. 
 
- Bu qələbəni kimə həsr edirsiniz - azarkeşlərinizə, yoxsa Cavidə?
 
- Biz daim azarkeşlər üçün oynayırıq. Ancaq bugünkü qələbə bütün komandanın adıyla bağlıdı. Konkret kiməsə həsr etmək düzgün olmazdı. Cavidə isə şərf alacam. Bunu ona söz vermişəm. Ən azı 10 şərf ki, hər gün birini geyinsin. Onun boğazında problemi olsa da, şərf taxmır, özünü soyuqdan qorumur. Buna görə şərflərinin olması lazımdı. 

sport24.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30