18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Anar Nəzirov: "Bu gün kim səfərdə "Qarabağ"ı uda bilir ki?"

"Zirə"nin qapıçısı Anar Nəzirov Qol.az-a müsahibə verib. Futbolxeber.az müsahibəni təqdim edir:.
 
- Uzunmüddətli zədədən sonra özünü necə hiss edirsən?
 
- Zədəm tam sağalıb. Artıq heç bir problem qalmayıb. Sadəcə, toplu çalışmalarda əskikliyim var. Bilirsiniz ki, son olaraq, birinci dövrədə "Qarabağ"a qarşı oynamışam. Uzun müddət yaşıl meydanlardan kənarda idim. Müəyyən çatışmazlıqlar var. Oyun praktikası qazanmaq üçün hələlik əvəzedici heyətdə oynayıram.  
 
- Bəs səni əsas komandada nə vaxt görə biləcəyik?
 
- Hər şey baş məşqçinin qərarından asılıdır. Nə vaxt məsləhət bilsə, meydana çıxıb, qapını qoruyacam.
 
- Özünü əsas heyətə qayıtmaq üçün hazır hiss edirsən?
 
- Açığı, hələ ki, yox. Bayaq da dediyim kimi, oyun təcrübəm az olduğu üçün özümü tam hazır saymıram.
 
- Sənin yoxluğunda "Zirə"nin qapısını Kamal Bayramov qorudu və pis təsir bağışlamadı. Necə düşünürsən, əsas heyətdəki yerini qaytarmaq çətin olmayacaq?
 
- Bilirsiniz, belə şeylərə baş məşqçi qərar verir. O, kimə şans versə, həmin adam da meydana çıxacaq. Biz öz oyunumuzu oynayırıq. Məqsədimiz etimadı doğrultmaq, komandaya xeyir verməkdir. Ola bilər, meydana çıxaram, oyunum alınmaz. Çünki neçə vaxtdır oynamıram. Yaxud da əksinə, hər şey əvvəlkindən də yaxşı olar. Amma istər Kamal, istər Anar, istərsə də Abdulla olsun, məqsədimiz komandaya xeyir verməkdir.
 
- "Zirə" mövsümün ikinci hissəsinə yaxşı başlamadı. Komanda 4 turdan sonra cəmi 2 xal toplayıb...
 
- Futbola belə şeylər ola bilər. Yadınızdadırsa, mövsümün birinci hissəsində hamını udurduq. Pis təsir bağışlamırdıq. Fasilədən sonra iki ağır səfər oyunumuz olub. "Sumqayıt" kimi komandadan xal almışıq. Pis oynamırıq. Sadəcə, qara zolaqdayıq. Çalışıb, ordan çıxmalıyıq.
 
- 4-cü pillədəki "Sumqayıt"la xal fərqi 4-ə enib. 3-cü sıradakı yerinizi itirməkdən qorxmursunuz?
 
- Tək "Sumqayıt" yox, bir çox komanda bizə çata bilər. 4 xal elə də böyük fərq deyil. Ancaq biz belə şeyləri fikirləşmirik. Bizi daha çox öz oyunumuz maraqlandırır.
 
- Bu tur "Qarabağ"la oynayırsınız. Həmin görüşdən nə gözləyirsən?
 
- İlk növbədə yaxşı oyun göstərmək, sonra isə lazım olan xalı almaq istəyirik.
 
- Yəni, səfərdə heç-heçə "Zirə"ni qane edəcək?
 
- Yox, meydana maksimum nəticə üçün çıxacağıq. Amma bir reallıq var: bu gün hansı komanda səfərdə "Qarabağ"dan 3 xal ala bilir ki? Əlimizdən gələni edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30