29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

İcraiyyə Komitəsinin bütün qərarları

Bu gün “Bulvar” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev futbol veteranı, uzun illər SSRİ çempionatının güclülər dəstəsində, habelə beynəlxalq oyunlarda hakimlik etmiş Rüstəm Rəhimovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona üzərində R.Rəhimov 70 yazılmış simvolik hakim forması təqdim olunub. Rüstəm Rəhimov göstərilən diqqətə görə minnətdarlığını bildirib, müəllifi olduğu “Bu mənim alın yazımdır” avtobioqrafik kitabını AFFA prezidentinə hədiyyə edib.
 
İcraiyyə Komitəsi gündəlikdəki məsələlərin müzakirəsindən sonra aşağıdakı qərarları qəbul edib:
 
1. Zeynal Zeylanov çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun.
 
2. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
 
Xüsusi təqaüd:
Müzəffər Qasımov
Gündüz Cəfərov
 
Təqaüd:
Vaqif Davudov
Nadir Qasımov
İsmayıl Hüseynov
Ağarza Rzayev
 
3. Zaur Hacı-Məhərrəmov AFFA-nın Lisenziyalaşdırma Qrupunun üzvü təyin olunsun.
 
4. AFFA-nın yanında Media Komitəsinin yeni formatda fəaliyyəti ilə bağlı müzakirələrin aparılması katibliyə həvalə olunsun və İcraiyyə Komitəsinin növbəti iclasına təkliflər təqdim olunsun.
 
İclasda Futbol oyunlarının nəticəsinin manipulyasiyası məsələləri və nəticəsi şübhə doğuran oyunlarla bağlı geniş müzakirə aparılıb.
 
Azərbaycan Futzal Federasiyasının prezidenti, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov futzal federasiyasının fəaliyyəti ilə bağlı məruzə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31