24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Elxan Məmmədov: "Media Komitəsinin ikinci ildəki fəaliyyətində problemlər yarandı"

Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, iclasdan sonra AFFA-nın baş katibi Elxan Məmmədovun keçirilən mətbuat konfransınfa ilk olaraq iclasda müzakirə edilən məsələlər barədə danışıb.
 
Məlum olub ki, İcraiyyə Komitəsinin gündəliyində 7 məsələ olub: “Birinci məsələ futzal federasiya ilə bağlı idi. Federasiya prezidenti Zaur Axundov son Avropa çempionatı barədə hesabat verdi. Zeynal Zeynalov çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi təyin olundu. Çimərlik mövsümü artıq açılmaqda olduğundan, bu məsələ bizim üçün vacib idi. Zeynal yeganə futbolçudu ki, həm futbol, həm çimərlik futbolu, həm də futzalda qol vurub. Yəqin ki, Avropada bu uğura imza atan yeganə futbolçudu (gülür). Bunu araşdırmaq lazımdı. 
 
Daha sonra danışılmış oyunlarla bağlı müzakirələr oldu. Ancaq bu məsələ məxfi olduğu üçün sizə açıqlaya bilmərəm. Bu müzakirədə UEFA nümayəndəsi də iştirak etdi. Danışılmış oyunlarla bağlı mübarizəmizi davam etdirəcəyik. Daha 2 nəfərə xüsusi, 4 nəfərə isə adi təqaüd veriləcək”.
 
Baş katib böyük maraqla gözlənilən AFFA Media Komitəsi ilə bağlı da məsələ müzakirə olunduğunu söyləyib: “Bu qurum iki ilə yaxındır  fəaliyyət göstərir. İcraiyyə Komitəsi bütün detallara nəzər yetirildi. Belə qərar qəbul olundu ki, bu qurum fəaliyyətini davam etdirsin. Ancaq yeni format qəbul olunmalıdır. Media Komitəsinin ilk ildəki fəaliyyəti çox uğurlu idi. Lakin ikinci ildə müəyyən problemlər yarandığından, qurumun yeni formatda fəaliyyət göstərməsi barədə qərar qəbul etdik. Bu məsələ aprel ayında müzakirə ediləcək. Sizinlə bir daha görüşərək, yeni formatı müzakirə edəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30