23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Hesabat Konfransı keçirildi

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti hesabat konfransı keçirilib.
 
Futbolxeber.az xəbər verir ki, əvvəlcə Azərbaycan milli komandasının ötən il keçirdiyi oyunlarda vurulmuş qollardan ibarət videoçarx nümayiş olunub.
 
AFFA-nın prezidenti Rövnəq Abdullayev konfransı açaraq konfrans nümayəndələrini, qonaqları və KİV əməkdaşlarını salamlayıb. Hesabat dövrü ərzində ölkə futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən Abdullayev görülən işlərin müsbət nəticələr verməkdə olduğunu qeyd edib.
 
Mandat komissiyasının sədri Rəmiş Malıyev məruzə edərək konfransın səlahiyyətli olduğunu bildirib.
 
Səsvermələrin nəticəsini hesablamaq üçün tərkibi Rövşən Əhmədov, Vaqif Ömərov və Kərim Ağayevdən ibarət say komissiyası seçilib.
 
Konfransda FİFA və UEFA nümayəndələrinin iştirak etdiyini qeyd edən baş katib Elxan Məmmədov FİFA-nın Avropa ölkələri üzrə kuratoru Byorn Vassallonu FİFA-nın konrfansa müraciətini səsləndirmək üçün kürsüyə dəvət edib. Daha sonra baş katib geniş məruzə ilə çıxış edib, ardınca hesabat videoçarxı nümayiş olunub.
 
AFFA-nın baş mühasibi Xalid Cavadov 2017-cı ilin maliyyə hesabatını təqdim edib. Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Həsənovun hesabatı dinlənilib.
 
Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə futbolun kütləviliyinin artırılması istiqamətində görülən işlərlə bağlı çıxış edib.
 
UEFA-nın “HatTrick” proqramı haqqında təqdimatla konfransda iştirak edən Tyerri Favrenin fikirləri dinlənilib.
 
Azərbaycan milli komandasının da iştirak edəcəyi UEFA Millətlər Liqası turniriylə bağlı UEFA-nın hazırladığı tanıtım videoçarxı izlənilib. Videoçarx başa çatdıqdan sonra söz konfransda iştirak edən UEFA İcraiyyə Komitəsinin üzvü Con Delaneyə verilib.
 
Konfransın öz işini bitirdiyini elan edən AFFA-nın prezidenti Rövnəq Abdullayev konfrans iştirakçılarını qarşıdan gələn Novruz bayramı, xanımları isə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
 
Sonda AFFA və UNİCEF-in birgə hazırladığı videoçarx izlənilib.
 
Konfransdan sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə mətbuat konfransı keçirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30