20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Roman Qriqorçuk: "Çempionatdan əlimizi üzməmişik"

Topaz Premyer Liqasının 18-ci turunda evdə “Neftçi”yə uduzan (1:2) “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
 
- Çox pis hisslər keçirirəm. Oyundan sonra komandama dedim ki, bunun öhdəsindən gəlməliyik. Bu gün ilk qolu rəqibə özümüz hədiyyə etdik. Ömrüm boyu belə oyun keçirdiyim yadıma gəlmir. İtkilərimiz var idi. Bu gün isə qırmızı vərəqə aldıq, bundan əlavə Ruslan Qurbanov zədələndi. Ola bilsin, onun ayağında sınıq olsun. Ancaq bunları bəhanə etmək istəmirəm. Bu gün stadiona çoxlu azarkeş gəlmişdi. Futbol ab-havası var idi. Təəssüf ki, onları qələbə ilə sevindirə bilmədik.   
 
- Vitali Vernidub artıq ardıcıl ikinci oyundu səhv edir. Keçən oyunda öz qapısına qol vurdu, bu gün isə onun səhvindən sonra qol buraxdız... 
 
- Vitali ilə heç nə baş vermir. Ötən oyundan sonra onunla söhbətləşdik. Hətta zarafatla ona dedim ki, “necə ola bilər ki, müdafiəçi olasan, ancaq öz qapına qol vurmayasan?”. Bu oyunda şans verməsəydim, elə fikirləşərdi ki, məhz bu epizoda görə onu meydana buraxmadım. Bu gün isə şans verdim, yenə səhv etdi. Ancaq bu gün oynamasaydı, deyə bilmərəm ki nəsə fərqli olardı.  
 
- Bu gün sanki komanda mübarizə aparmırdı..
 
- Bununla razılaşmıram. Deməzdim ki, bu gün mübarizə aparmadıq. Sadəcə, oyun alınmadı.
 
- Komandanın zəif oyun sərgiləməsini artıq indidən kubok barədə düşünməsi ilə izah etmək olar?
 
- Necə yəni? Demək istəyirsiz biz çempionat barədə düşünmürük? Biz çempionatdan əlimizi üzməmişik. Təkcə kubok barədə düşünmürük. Hər iki yarışa ciddi yanaşırıq.
 
- Ötən oyunda “Səbail”ə, bu gün isə “Neftçi”yə uduzduz. Demək olar ki, komanda turnir cədvəlində aşağı pillələrdə olan komandalarla matça köklənə bilmir?
 
- Yox, belə deməzdim. “Səbail”lə bu matç tam fərqlidi. Bu gün bizim üçün çox uğursuz oyun oldu. Keçən matçda pis oynamamışdıq. Buna baxmayaraq, məğlub olduq. Ötən mövsümdə də yaxşı oynayıb, uduzduğumuz oyunlarımız olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30