29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Düzgün yoldayıq"

Topaz Premyer Liqasının 18-ci turunda səfərdə “Qəbələ”yə qalib gələn “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az xəbər verir ki, Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
 
- Komanda bu gün iradə, əzmkarlıq nümayiş etdirdi. Fikrimcə, bu gün layiqli qələbə qazandıq. Əvvəl də demişdim ki, pillə-pillə irəliləyəcəyik. Bura gəlib bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Oyun yüksək yempdə keçməsə də, yaxşı oynadıq. Uşaqların oyunundan razı qaldım, onları təbrik etdim. Üçüncü dövrə başlayanda da demişdim ki, komanda yavaş-yavaş inkişaf edəcək. Bu nəticə də göstərdi ki, düzgün yoldayıq.
 
- Rəhbərlik dəyişdikdən sonrakı qısa müddətdə klubda nə dəyişib?
 
- Bu barədə fikirləşməmişəm. Komandamın oyunlarına köklənmişəm. Bunlara vaxt ayırmıram. Klubun idarə heyəti, sponsorları, rəhbərliyi var. Dəyişikliyi onlar edib. Mən bu işlərə qarışmıram.
 
- “Qəbələ” həm də, kubokun yarımfinalında rəqibinizdi. Bu qələbə sizdə finala vəsiqə qazanmaq baxımından nə dərəcədə inam yaratdı?
 
- Qarşıda hələ oyunlarımız, fasilə var. Bu barədə düşünməmişik.
 
- Qapıda gah Səlahət Ağayevə, gah da Rəşad Əzizliyə şans verirsiz...
 
- Bu gün Rəşad daha hazırlıqlıdı. Onun ötən oyunda şans qazanmamasına səbəb, qrip olması idi. Həm Rəşad, həm də Səlahət eyni səviyyəli qapıçılardı. Gələcəkdə Səlahət də şans qazanacaq. Bu vaxt həmin şansdan istifadə edə bilər. Kim daha hazırlıqlıdısa, o da oynayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31