20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Qurban Qurbanov: "Həvəssizlik varsa, aradan qaldırmağa çalışacağıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 18-ci turunda "Sumqayıt"la oyundan (1:1) sonra mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
 
- Hər iki komandanın futbolçularını təbrik edirəm. Sona qədər mübarizə apardılar. Çətin oyun olacağını bilirdik. Bunu futbolçulara da demişdim. Rəqib komandanın baş məşqçisini təbrik edir, uğurlar arzu edirəm. Nə qədər xal qazansaq, bizim üçün o qədər də yaxşıdır. Bundan sonrakı oyunlar çətin olacaq və onlara ciddi hazırlaşmalıyıq.
 
- Yarımmüdafiənin cinahında Danini yox, Geryeni oynatdınız. Geryedən gizli silah kimi istifadə etməyə çalışırdınız?
 
- Bəli, planımızda var idi. Dani topla daha çox rəftar edir, Gerye isə əksinə. Ona görə də Danini ehtiyatda saxlayıb, Geryedən gizli silah kimi istifadə etməyə çalışdıq.
 
- Sanki futbolçularınızda arxayınlıq var. Bu fikirlə razısınız?
 
- Belə düşünmürəm. Futbolçularım bilir ki, hər bir komandaya qarşı oynamaq çətindir. Çempionatda hər bir oyuna son matç kimi hazırlaşırıq. Biz nə qədər belə olmadığını desək də, ola bilər bir qədər boşluq var. Əgər belə həvəssizlik varsa, bunu aradan qaldırmağa çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30