29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yunis Hüseynov: "85-ci dəqiqədən sonra bir az həyəcanlandım"

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının XVIII turunda "Səbail" üzərində evdə 2:1 hesablı qələbə qazandıqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az  xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlki qarşılaşmanı dəyərləndirib. 
 
- Oyun çox ağır keçdi. Qələbə istəyimiz böyük idi. Qış fasiləsindən sonra xal qazanmamışdıq. Ancaq oyunumuz pis deyildi. Komandamdan razı idim. Ancaq əfsuslar olsun ki, son dəqiqələrdə bir səhvdən qol buraxaraq uduzmuşduq. Ən çətin oyun bugünkü idi. Çünki "Səbail" "Qəbələ"yə qalib gəldiyindən ruh yüksəkiyi vardı. Futbolçular verdiyimiz tapşırıqları yerinə yetirdilər. Sevindirci haldı ki, yaxşı oyunla qalib gəldik. İnanıram ki, bu qələbənin davamı gələcək. "Səbail"i də uğurlar arzlayıran. Çalışacağıq ki, növbəti matçlarda daha yüksək səviyyədə oynayaq.
 
- İki futbolçunuz - Dedimar Fereyrayla İlkin Sadıqov bu gün zəif oynadılar. Dedimarı fasilədə əvəzləsəniz də, İlkini sonradan dəyişdiyiniz. Onu bu qədər şans verməyə nə lüzum vardı?
 
- Deməzdim ki, onlar zəfi idilır. Dedimarın qolda səhvi vardı. Həm də sərt oynayırdı, sarı vərəqəsi vardı. Qorxdum ki, ikinci "sarı"nı alaraq meydandan çıxarılar. Ona görə fasilədə dəyişdim. İlkindən isə narazı qalmamışdım, meydanda mübarizə aparırdı. Futbolda texniki səhvlər olur. Buna önəm vermirəm. Əsas biz deyən tapşırıqları yerinə yetirməkdi ki, Sadıqov onu edirdi.
 
- Məşqçilik karyeranızda yubiley - 250-ci oyunu keçirdiniz...
 
- Açığı, bunu bilmirdim. Xoş ürpriz oldu mənim üçün. 
 
- Bu qələbəni komandanızdan sizə yubiley hədiyyəsi sayırsınız?
 
- Sağ olun ki, bu yubileyi yadıma saldınız. Sevinirəm ki, komandam məni belə bir matçda ilk qələbəylə sevindirdi. 
 
- İlk hissədə Darioyla söhbələşərək ona nəyisə başa salırdınız. Maraqlıdı, braziliyalı futbolçuyla nə dilində danışırsınız?
 
- Futbol terminləri eynidi. Darioya başa salırdım ki, qaçırdığı epizodda topu birbaşa qapıya vurmalı idi. Hər halda, ingilis dilində olan "shoot" sözünü bilirəm (gülür).
 
- Sizcə, Federiko əvvəlki formasını bərpa edib?
 
- Deməzdim. İstək var, ancaq əvvəlki formasına hələ düşməyib. Ümumiyyətlə, komandam hələ mən istədiyim futbolu oynamır. Yemi komandadı və zaman lazımdı.
 
- Gürcü futbolçunuz hesabında sarı vərəqə ola-ola çox aqressiv oynayırdı. Az qala 2-cini alaraq meydandan qovulacaqdı...
 
- Düzdü, o, sərt oynayırdı. Fasilədə nəinki gürcü legionerimizə, bütün futbolçularımıza tapşırmışdım ki, ehtiyatlı oynayın. Giya sərt oynayanda kapitanımız Şəhriyar Rəhimova dedim ki, ona başa sal ki, o dərəcədə sərt oynamasın.
 
- "Kəpəz" bu il son 10 dəqiqədə qol buraxaraq uduzub. 80-ci dəqiqədən sonra düşündünüz ki, yenidən qol buraxaraq uğursuz nəticəyə imza atacaqsınız?
 
- Açığı, 80-ci  yox, 85-ci dəqiqədə sonra bir az həycanlandım. Çünki Bakıdakı matçlarımıza həmişə o vaxt buraxırdıq. Fikirləşdim ki, yenə həmin şey təkrarlanacaq?
 
- Buna son qoyduğunuzu demək olar?
 
- Yəqin ki, son qoyduq. Ancaq bunu zaman göstərəcək.
 
- Murad Səttarlı niyə hələ də oynamır?
 
- O, Antalyada çox ciddi almışdı. Buna görə də xeyli müddət hazırlıqdan kənarda qaldı, formadan düşdü. Bu yaxında sağalıb və artıq komandayla məşqlərə başlayıb.
 
- Müdafiədə dəyişiklik etməyiniz nəylə bağlıdı? Şəhriyar Əliyev sağ cinah müdafəçisi oynayırdı...
 
- O, futbola məhz bu mövqedə başlayıb, sonra mərkəzdə oynayıb. "Səbail"də ucaboylu, başlaya yaxşı oynayan futbolçu çox olduğundan müdafiədə taktiki dəyişiklik etdim. Dedimarı əvəzləmi olandan sonra Şəhriyar mərkəzə qayıtdı. Sizə deyim ki, Əliyev sağda pis oynamadı. 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31