20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Stoyanoviç: "Maksimovdan soruşun ki, məni niyə oynatmır"

"Bu sualı mənə yox, baş məşqçiyə verin. Ondan soruşun ki, məni niyə oynatmır".
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Qol.az-a açıqlamasında "Keşlə"nin yarımmüdafiəçisi Nemanya Stoyanoviç deyib. Qış fasiləsində "Qarabağ Vyana" klubundan transfer olunan serbiyalı futbolçu yeni komandasında debüt edə bilməyib. Ancaq ruhdan düşməyən Stoyanoviç baş məşqçi Yuri Maksimovdan şans gözləyir:
 
"Maksimovun istəyilə komandaya götürülmüşəm. Ancaq oynamamağımla bağlı onunla heç bir söhbətimiz olmayıb. Mənim işim məşqdə bacarığımın 100 faizini göstərməkdir. Kimin oynayıb-oynamayacağına isə baş məşqçi qərar verir. Mən öz şansımı gözləyirəm. İnanıram ki, qarşıdakı oyunlarda meydana çıxacam. Çünki buna layiqəm. Tezliklə nəyə qadir olduğumu meydanda da göstərəcəm".
 
Maksimovun Topaz Premyer Liqanın 17-ci turunun "Sumqayıt"la oyunundan (1:2) sonra istefa verməsiylə bağlı xəbərlərə münasibət bildirmək istəməyən yarımmüdafiəçi "Keşlə"yə gəldiyiniz üçün peşamansınız" sualına isə bu cür cavab verib: "Maksimovun istefa verməsi ilə bağlı heç nə deyə bilmərəm. Çünki mən futbolçuyam. Belə məsələlərə qarışmıram. O ki qaldı peşman olub-olmamağıma, indi bu barədə danışmağın vaxtı deyil. 2 həftədən sonra sizinlə hər şey haqda söhbət edə bilərik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30