Ölkə futbolu
Aqil Məmmədov: "Komanda Gürcüstana tam heyətlə yollansaydı, daha yaxşı olardı"
Gürcüstan toplanışını başa vuraraq vətənə qayıdan "Sumqayıt" Futbol Klubu bu gündən etibarən Premyer Liqanın təlim-məşq toplanışının üçüncü mərhələsinə start verəcək. Futbolxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Aqil Məmmədov hazırlıq mərhələsi ilə bağlı klubun rəsmi saytına açıqlama verib: "Sumqayıt" Futbol Klubu Premyer Liqanın 2013/14 mövsümünün hazırlığına iyun ayının son həftəsində start verdi. Sumqayıt şəhərində təşkil etdiyimiz hazırlıq mərhələsinin 1-ci hissəsini normal şəkildə başa vurduq. Doğma şəhərimizdə olduğumuz müddətdə iki yoxlama oyunu keçirdik. İlk qarşılaşmada AZAL-la heç-heçə etdiyimiz halda, "Neftçala" üzərində minimal hesablı qələbə qazandıq. Ardınca, iyulun 13-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Gürcüstana yollandıq. Klub rəhbərliyi qonşu ölkədə komandanın yüksək səviyyədə hazırlıq keçməsi üçün hər cür şərait yaratmışdı. Gürcüstanda olduğumuz müddətdə gün ərzində iki dəfə olmaqla məşqlərimizi davam etdirdik. Orada həm fiziki, həm də taktiki gedişlər üzərində çalışdıq. Futbolçuların məşqlərdə səylə, ürəklə çalışması məni sevindirən amillərdən idi. Ümumilikdə götürsək, hava şəraiti də bizə normal hazırlıq keçməyimizə yardım etdi. Gürcüstanda olduğumuz müddətdə isə 3 yoxlama oyununda qüvvəmizi sınadıq. İlk oyunda "Mertsxali"ni üstələdik, ardınca Premyer Liqa klubu "Merani Martvili"ni məğlub etdik. Son qarşılaşmada isə "Quriya Lançxuti" ilə heç-heçə oynadıq. Hazırlıq oyunlarında futbolçuları müxtəlif mövqelərdə sınadım. Alternativ variantlar üzərində işlədik".
Aqil Məmmədov həmçinin komandanın gələcək planlarından da danışıb. "Sumqayıt" Futbol Klubunun çempionata təxminən 60-70 faiz hazır olduğunu deyən çalışdırıcı heyətdəki problemlərdən də söz açıb:"İlk öncə qeyd edim ki, komanda Gürcüstana tam heyətlə yollansaydı, daha yaxşı olardı. Amma nə edə bilərik ki, bəzi səbəblərə görə bunu gerçəkləşdirə bilmədik. Gürcüstana 3 qapıçı daxil olmaqla 16 futbolçu ilə yollanmışdıq. Zədəli Samir Abasov və Mirzağa Hüseynpur əməliyyatdan yeni çıxdıqları üçün bizimlə getməmişdilər. Orxan Əliyev və Pərdis Fərcad-Azad isə qonşu ölkədə fərdi məşqlərlə kifayətlənirdi. Biz Gürcüstanda olduğumuz müddətdə rəhbərlik üç əsas futbolçumuz - Ruslan Qurbanov, Slavik Alxasov və Məhəmməd Mirzəbəyovun məsələsini həll etdi. Bu gündən etibarən isə təlim-məşq toplanışının üçüncü mərhələsinə start veririk. Bu mərhələdə daha çox çatışmamazlıqlar üzərində işləyəcəyik. Artıq heyətimiz tam olaraq formalaşıb. Sabahdan etibarən zədəli Samir və Mirzağa yavaş-yavaş komanda ilə birlikdə məşqlərə başlayacaq. Düşünürəm ki, komanda çempionata 60-70 faiz hazırdır. Sabah "Şahdağ"la yoxlama oyunu keçirəcəyik. Bu bizim sonuncu sınaq matçımız olacaq. İnşallah Premyer Liqanın ilk turunda baş tutacaq "Xəzər Lənkəran"la oyuna qədər komandanı hazır vəziyyətə gətirərik".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
-
17:42
Simon Banzanın yeni klubu bilindi
-
17:05
Azərbaycan - Tacikistan oyununun hakimləri müəyyənləşib
-
16:26
"Naxçıvan"dan növbəti transfer
-
15:39
AFFA I Liqanın 7 klubunu cərimələdi
-
15:13
Çempionlar Liqasının finallarını bu şəhərlər qəbul edəcək
-
14:58
"Araz-Naxçıvan"ı millinin bazasına çevirmək istəyirik"
-
14:44
Astana UEFA Superkuboku matçına ev sahibliyi edəcək
-
14:21
"Zirə" legionerini "Karvan-Yevlax"a icarəyə verdi
-
14:00
AFFA "Kəpəz"i cərimələdi
-
13:37
Azərbaycandan ayrıldı, Kipr klubuna keçdi
-
13:02
“Araz-Naxçıvan”dan yubiley qolu
-
12:55
“Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
12:16
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
-
11:49
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:08
Cəlal oynadı, komandası 1 xal qazandı
-
10:54
"İnter" - "Udineze" matçında 8 qol VİDEO
-
10:31
Abdullazadənin komandası darmadağın oldu
-
10:17
"Roma" 4-də 4 etdi VİDEO
-
10:00
Şeydayevin komandasından əzmkar qələbə
-
00:42
“Fənərbaxça” səfərdə xal itirdi VİDEO
-
20:39
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
19:47
Elvin Camalov “Neftçi”dən getdi
-
18:20
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
-
17:51
Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırıb
-
17:16
Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
-
17:03
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
-
16:42
Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar
-
16:34
Cenk Sümer: “O, bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!”
-
16:25
“Neftçi” Emil Səfərovla yeni müqavilə imzaladı
-
15:58
"Gəncə"də yeni müqavilə
-
15:37
“Araz-Naxçıvan”ın oyunlarının keçiriləcəyi məkan dəqiqləşib
-
15:19
Hidayət Heydərovun dünya çempionatında iştirakı məşqçilərin qərarından asılı olacaq
-
15:00
Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
-
14:26
"Naxçıvan"dan yeni transfer
-
13:51
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
-
13:33
PSJ "Brest"dən üstün oldu VİDEO
-
13:02
"İmişli"dən "Şəfa"ya
-
12:44
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
12:25
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
-
11:58
"Napoli" "Bolonya"ya qalib gəldi VİDEO
-
11:39
Boksçularımız Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
11:17
"Yuventus" uduzdu VİDEO
-
11:00
Varkonyi: “Tək “Sabah” yox, “Zirə” və “Neftçi”ni də unutmaq olmaz”
-
10:46
Derbini "Mançester Siti" qazandı VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Barselona" səfərdə qalib gəldi VİDEO
-
09:31
Toral oynadı, "Bursaspor" xal itirdi
-
09:14
"Qalatasaray"dan çətin qələbə VİDEO
-
23:37
Renat Dadaşov Ukraynada debüt etdi
15.09.2026
14.09.2026
13.09.2026
























