20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Hakimi döydü, 10 oyunluq cəza aldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az xəbər verir ki, aparılan müzakirələrdən sonra müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
Region Liqasında “Şağan” (Bakı) – “Ümid Masallı” (Bakı) matçının 36-cı dəqiqəsində “Şağan”ın futbolçusu Talıb Cabbarov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 36-cı dəqiqəsində “Şağan”ın futbolçusu Namiq Salayev aqressiv davranış, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb. İntizam Komitəsi “Şağan” klubuna daxili nizam-intizam qaydalarına riayyət etmələri haqqında xəbərdarlıq edir. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır cəza gözləyir. Oyunun 58-ci dəqiqəsində “Ümid Masallı”nın futbolçusu Elnur İbadov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasında “Neftçala” (Neftçala) - “Gənclik” (Sabirabad) matçının 72-ci dəqiqəsində “Gənclik”in futbolçusu Rəsul Sadiqli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasında “Tufan” (Bakı) - “Şıxlar” (Qobustan) matçının 88-ci dəqiqəsində “Şıxlar”ın futbolçusu Mərfət Qəniyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
Gənclər Liqasında “Keşlə” – “Neftçi” İK İB matçının 41-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Ruslan Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasında “Qəbələ” – “Neftçi” matçının 65-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Vüsal Əsgərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 82-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu İlkin Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasında “Qəbələ” – “Keşlə” matçının 69-cu dəqiqəsində “Keşlə”nin futbolçusu Rəşad Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasında “Kəpəz” – “Vətən” matçının 52-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Pərvin Zeynalov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. 
 
U-15 Liqasında “Viləş” – “Turan” matçının 32-ci dəqiqəsində “Turan”ın futbolçusu Elcan Şirinov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. 
 
U-14 Liqasında “Neftçi” – “Sumqayıt” matçının 46-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Ağadadaş Salyanski təhqiredici hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-14 Liqasında “Keşlə” – “Neftçi” İK İB matçının 47-ci dəqiqəsində “Neftçi” İK İB-in futbolçusu Ceyhun Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 59-cu dəqiqəsində “Keşlə”nin futbolçusu Ayxan Məcidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-13 Liqasında “Təhsil RİM” (Şirvan) – “Mürtülü” (Kürdəmir) matçının 23-cü dəqiqəsində “Təhsil” RİM-in futbolçusu Nicat Namazov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. 
 
Futzal üzrə Yüksək Liqanın “Marafon Futsal” – EKOL matçının 2-ci dəqiqəsində “Marafon Futsal”ın futbolçusu Seymur Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 2-ci dəqiqəsində EKOL-un futbolçusu Namiq Məmmədkərimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
Qızlar arasında Yüksək Liqada "Veqa" – "Qəbələ" matçının 89-cü dəqiqəsində "Veqa"nın futbolçusu Rəvanə Əliyeva sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-13 qızlar Liqasında "Əhmədli Yunayted" – "Neftçi" PFK matçında "Əhmədli Yunayted"in heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. 
 
U-16 qızlar Liqasında "Keşlə" RİOEUGİM – "Veqa" matçında "Veqa"nın heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30