29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Sumqayıt” “Qarabağ”la oyuna tam heyətlə hazırlaşır

Topaz Premyer Liqasının 17-ci turunda “Keşlə”ni məğlub edən “Sumqayıt” 1 günlük istirahətin ardından məşqləri bərpa edib. Futbolxeber.az xəbər verir ki, komanda Samir Abasovun rəhbərliyi altında saat 16:00-da “Sumqayıt Arena”da məşqə çıxıb.
 
Zədə səbəbindən ötən turu buraxan Azər Salahlı tam sağalaraq komanda ilə birgə çalışıb. Əvəzedici heyətdən 3 futbolçu – Sahil Mirzəyev, Fərid Kərimzadə və Elvin Dəmirov məşqlərə qoşulub. 1,5 saat davam edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.
 
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” qarşılaşması martın 3-də “Sumqayıt Arena”da keçiriləcək və 18:30-da start götürəcək. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31