23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Sumqayıt” “Keşlə”dən güclüdür"

Topaz Premyer Liqasında 17-ci turun “Keşlə” - “Sumqayıt” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yuri Maksimov jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç barədə fikirlərini bildirib:
 
- Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Əvəzetmələrdən gənc futbolçuları meydana buraxdıq. Amma onlar hazır deyildilər. “Sumqayıt” bu gün güclü idi. Bəzi futbolçularımız 90 dəqiqə oynamağa hazır deyildilər. Səhvlərimiz oldu. Amma komanda mübarizə apardı.
 
- Kubokda da “Sumqayıt”la qarşılaşacaqsız. Bu oyuna həmin matçı da nəzərə alaraqmı baxırdız?
 
- Biz rəqibi analiz edib, öyrənirdik. Çalışırdıq, səhv etməyək. Reallıq bundan ibarətdi ki, “Sumqayıt” bizdən güclüdür.
 
- Komandanız hansı komponentlərdə rəqibə uduzdu?
 
- Bəzi futbolçular oyuna qızdırmalı halda çıxmışdı. Buna görə çətin oldu. Slavik, Məqsəd, Pərdisdə belə problem var idi. Onlar komandaya kömək etmək istəyirdilər. Hardasa alındı. Bəzi gəncləri meydana buraxdıq. Onların ustalıq səviyyəsinin aşağı olması sözünü dedi. Biz gördük ki, hələ belə vacib oyunlara hazır deyillər. Xüsusilə əvəzetmələr problem yaratdı.
 
- Gördüklərimizə əsasən deyə bilərik ki, Ebrima Sohna bura gələnə qədər sanki futbolla yox, başqa idman növü ilə məşğul olub...
 
- Oyunçuların bir çoxu 4 aylıq gəlmək istəmədi. Hər halda, Sohna top qəbul edib, ötürmə edə bilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30