3 Iyul 2025, Cümə axşamı
“Qarabağ” Avstriyaya yollandı
"Zirə" 4-cü transferini reallaşdırdı
Hamidu Keyta “Araz-Naxçıvan”da
"Qarabağ" "Zirə"yə qalib gəldi

Ölkə futbolu

Premyer Liqada 150-ci qol vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümündə 150-ci qol vurulub. 
 
Futbolxeber.az saytının Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, XVI turun “Səbail” – “Qarabağ” görüşünə təsadüf edib. Çempionatın 64-cü görüşündə Ağdam klubuna qələbə qazandıran yeganə top yubiley xarakteri daşıyıb. Orta məhsuldarlığın 2,34 olduğu Premyer Liqanın 150-ci qolunu da Mahir Mədətov vurub. Bu qollardan yarısı meydan sahibləri, yarısı qonaqların hesabındadır. 
 
Mövsümün bütün yubiley qolları “Qarabağ”ın hesabındadır. Mədətov isə 3-cü dəfə əlamətdar qola imza atıb. O, ilk və 50-ci qolların da müəllifidir. "Qarabağ"ın forvardı 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər matçında (3:1) ilk, sentyabrın 22-də “Sumqayıt”la ev qarşılaşmasında (3:1) 50-ci qolu vurub. 100-cü qolu isə noyabrın 17-də Riçard Almeyda “Sumqayıt”ın (2:0) qapısından keçirib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31