8 Aprel 2026, Çərşənbə
Mirça Luçesku dünyasını dəyişdi
Abbasov hirsindən planşeti qırdı
Berdiyev: "Çox vacib xallar itirdik"
"Qarabağ" 7 qolla qalib gəldi

Ölkə futbolu

"25 iyul 2013-cü il tarixdə, saat 11:00-da Sadıq Sadıqova istefa ərizəsini təqdim edəcəyəm"

Albaniya səfərindən qayıtdıqdan dərhal sonra “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun tapşırığı ilə klubdaxili iclas keçirilib. Futbolxeber.az-ın məlumatına görə, baş məşqçi Böyükağa Hacıyev, eləcədə məşqçilər Tərlan Əhmədov, Bəxtiyar Musayev, Kamal Quliyev, Neboyşa Monoyloviç və Ruben Sellesin iştirakı ilə keçirilmiş iclasda Çempionlar liqasının 2-ci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubuna məğlubiyyətin səbəbləri ilə bağlı məşqçilərin fikirləri dinlənilib. Baş məşqçi Böyükağa Hacıyev məğlubiyyətə görə məsuliyyət daşıdığını və 25 iyul 2013-cü il tarixdə saat 11:00-da klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edəcəyini bildirib. Məşqçilər isə klub prezidentinin verəcəyi qərara razı olduqlarını söyləyiblər. “Skenderbeu” klubuna məğlubiyyətin səbəbləri araşdırılacaq və yekun qərar yaxın günlərdə klub prezidenti Sadıq Sadıqovun iştirakı ilə keçiriləcək iclasda veriləcək.


neftchipfk.com






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30