26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Samir Əliyev: "Uşaqların oyunundan razı qaldım"

"Uşaqların oyunundan razı qaldım. Matçdan sonra onları oyuna görə təbrik etdim. “Qarabağ”la “Səbail” eyni səviyyəli komandalar deyil. Çalışdıq, yaxşı mübarizə aparaq. Əlimizdən gələni etdik".
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqanın 16-cı turunda "Qarabağ"a uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.
 
- İki fərqli hissə izlədik. İlk hissədə “Səbail” daha hərəkətli idi. İkinci hissədə isə, xüsusilə, 60-cı dəqiqədən sonra komanda daha ləng görünürdü. Bu, yorğunluqla bağlı idi?
 
- Mən belə düşünmürəm. Əksinə, ikinci hissədə bir neçə dəyişiklikdən sonra daha fəal oynamağa başladıq.
 
- Komandalar arasında səviyyə fərqinin olduğunu dediz. Ancaq “Qarabağ”la müqayisədə heç də az qol fürsətiniz olmadı.
 
- Komandamız yenidir. Qış fasiləsində bizə yeni futbolçular qoşulub. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdır. Ən azı 7-8 oyun lazımdır ki, onlar komandaya tam uyğunlaşsınlar. Həmin vaxtadək də çempionat bitəcək (gülür). Bu gün biz “Qarabağ”ın imkan verdiyi qədər oynadıq.
 
- Bu gün “Kəpəz” - “Keşlə” oyununda kimə azarkeşlik edirdiz?
 
- Düzü, mən həmin oyunda heç-heçə olmasını istəyirdim. Çünki bizi qarşıda “Qəbələ” ilə çətin oyunlar gözləyir. Həm “Keşlə”, həm də “Kəpəz” qış fasiləsində çox gücləniblər. Ancaq biz rəqiblərin yox, öz oyunumuza köklənirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30