Ölkə futbolu
Tərlan Əhmədov: "Məğlubiyyətin səbəbkarı mənəm"
Topaz Premyer Liqasının XVI turu çərçivəsində Sumqayıtda eyniadlı kluba 0:2 məğlub olan “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib. Futbolxeber.az xəbər verir ki, məşqçi 4-cü pillə uğrunda mübarizə aparacaqlarını bildirib.
- Oyuna pis başlamamışdıq. Amma buraxdığımız səhvlər oyunun taleyini həll etdi. Mənə dedilər ki, “Sumqayıt”ın birinci qolunda penalti yox idi. Məğlub olsaq da, dördüncü pillə uğrunda mübarizə aparacağıq. Məğlub olmuşuq və bunun səbəbkarı mənəm. Əminliklə deyirəm ki, “Neftçi” öz sözünü deyəcək. Əsas hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdı. Ümid edirəm ki, buna nail olacağıq.
- PFL prezidenti Ramin Musayev bu gün növbəti açıqlama verib və sizi cəzalandıracağını deyib. Bu məsələ haqda nə deyə bilərsiniz?
- Bu haqda çox söz-söhbət olub. Bu məsələlərə qayıtmaq istəmirəm. İnanın, mən oyuna iki gün qalmışdan mətbuatı oxumuram. Kim nə deyibsə, bu haqda danışmaq niyyətində deyiləm. Mənim işim meydançadadı və öz oyunumuz haqda danışmaq istəyirəm.
- Klubun prezidenti istefa verdi və Kamran Quliyev bu posta təyin olundu. Rəhbər dəyişikliyi ilə bağlı nə deyə bilərsiniz?
- Komandanın idarə heyəti var və onların qərarına hörmətlə yanaşırıq. Əgər belə qərar verilibsə, bunu qəbul etməliyik.
- Kənardan görünən budur ki, “Neftçi”də baş məşqçi sərbəst işləyə bilmir. Bu şərtlər altında işləmək çətin deyil?
- Burada heç bir təzyiq hiss etmirəm. Mən komandaya nəzarət edirəm və istəyirəm ki, oyundan-oyuna yaxşı çıxış edək. Mənim sehrli çubuğum yoxdu və Allahın bacısı oğlu deyiləm ki, möcüzə ortaya qoya bilim. İşləyirik və ümid edirik ki, hər şey yaxşı olacaq.
- Klubun yeni prezidentinin ilk açıqlaması sizi müdafiə etmək olub. Kamran müəllimlə görüşünüz olub?
- Bəli, Kamran müəllimlə söhbət etmişik. Yenə deyirəm, mətbautdan yazılanlardan xəbərim yoxdu. Kamran müəllimlə komanda haqda danışmışıq, hər şey qaydasındadı.
- Rəşad Sadiqov azarkeşi təhqir edir və siz onu dəstəkləyirsiniz.
- Biz əzərbaycanlıyıq və azərbaycanlı bir-birinə hörmət etməlidi. Heç kimin nəslini-kökünü söymək düzgün deyil. Əgər azarkeş futbolçunun kökünü söyürsə, bu, düzgün deyil.
- Bizdə olan məlumata görə, klubun yeni prezidenti ilə münasibətiniz yaxşı vəziyyətdədi. Maraqlıdı, klubdakı gələcək taleyiniz müəyyənləşib?
- Xeyr. Bir günə məşqçi dəyişikliyi ilə bağlı qərar vermirlər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
09:30
Millimiz Tacikistana qarşı
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
-
18:48
Nazarov: “Azərbaycandan təklifim olmayıb”
-
18:31
“Qarabağ”dan fanşopla bağlı yenilik
-
18:16
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
17:53
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
-
13:21
“Turan Tovuz” - "Fənərbaxça” oyununa böyük maraq: 1 saata 6 min bilet satıldı
-
13:00
İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
-
11:12
"Qaradağ Lökbatan"dan 7 qollu qələbə VİDEO
-
10:43
Yankauskas: “Azərbaycanda prioritet klub futboludur, milli yox”
-
10:25
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə yüksəlib
-
10:07
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
09:34
Cəlal ehtiyatda qaldı, komandası qələbə qazandı
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
23.09.2026
22.09.2026
21.09.2026
























