Ölkə futbolu
Etibar Cəbrayıloğlu: Xoşbəxtlikdən ölmək
Rəhmətlik Həsən bəy Zərdabi "Əkinçi”nin ilk sayını iyulun 22-də nəşr etdirsə də, yay jurnalistlərin sevimli fəsli deyil. Yayın bu istisində hadisə yerinə qaçmağı, müsahibə götürmək üçün şəhəri geninə-boluna ölçməyi kim istər ki?
Redaksiyanın tapşırığı "Demokl qılıncı” kimi başımın üstündən asılmışdı. "Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovla görüşüb müsahibə hazırlamalıydım. Məsələ konkret qoyulmuşdu. Yəni nəyin bahasına olursa-olsun, müsahibə ortada olmalı idi.
Sərin otaqdan çıxıb vitse-prezidentlə görüşmək mənə cəhənnəm əzabı gəlirdi. Taleyim həll olunduğu anda nəsə fikirləşib tapmaq lazım idi. Fikirləşib tapdım. "Neftçi” rəsmisi onsuz da neçə illərdi eyni şeyi danışır. Bu üzdən Tahir Süleymanovla görüşüb eləmədən, telefonla danışmadan da müsahibə yazmaq olar. Yazdım da. Bu məsələdə yaddaşım köməyimə gəldi.
- Tahir bəy, salam. Necəsiniz?
- Çox sağ olun, yaxşıyam. Klubumuzun prezidenti Sadıq Sadıqov bizim yaxşı olmağımız üçün nə lazımdırsa edir. Sadıq müəllim isti havada sərin su içmək barədə ciddi tapşırıq verib. "Neftçi” xalq komandasıdı. Ona görə də bütün xalq bizə dua edir. Bilirsən ki, "Neftçi” ötən il Avroliqanın qrup mərhələsinə düşmüş komandadı. Biz "İnter”in meydançasında 2:2 oynadıq.
- Klubda işlər necə gedir?
- Əla gedir. Bunun üçün klubun prezidentinə təşəkkür edirəm. Biz xalq komandası olduğumuzdan bütün xalq da mənin bu təşəkkürümə qoşulur. Biz ötən il qrup mərhələsinə düşəndə məşqlərə və oyunlara gedəndə avtobusumuzun təkəri fırlanırdı. Bu bir daha göstərir ki, klub doğru yoldadı. UEFA Azərbaycan futbolu haqqında düşünəndə ancaq "Neftçi”ni xatırlayır. Yaxşı bilirsən ki, biz ötən il qrup mərhələsinə düşdük, tarix yazdıq. Elə sən gəlməzdən 4 dəqiqə öncə UEFA-dan 1/ 07401195 S-F sylı məktub almışam. Həmin məktubda bildirilir ki, klubumuzun heç bir oyunçusu ötən il qızılcadan əziyyət çəkməyib. Bu nəticəyə görə "Neftçi” Avropada ilk beşlikdədi. Təbii ki, klubun prezidentinə minnətdaram.
- Azərbaycan kubokunun finalında...
- Köhnə söhbətləri yenidən qabartmağa nə ehtiyac var. Yadda saxla ki, "Neftçi” hələ ötən əsrdə, yəni 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanıb. Sən gəlməzdən 3 dəqiqə öncə UEFA-dan (0348-3340-7612 nömrəli mobil telefonla zəng etdilər. Dedilər ki, biz həmişə Güloğlan Cabbarova azarkeşlik edirik. "Neftçi” "Partizan” kimi komanda ilə oynayan klubdu. Yeganə klubdu ki, bütün oyunçularımızda metro kartı var. Bunun özü bizim xalq komandası olmağımızı göstərir. Kartı bizə bağışladığına görə klubun hörmətli prezidentinə təşəkkür edirəm.
- Bəzi həmkarlarım deyir ki, 1 saat 10 dəqiqə əvvəl klubun ofisinə FİFA-dan faks gəlib...
- Gözlərinin içində qədər yalan deyirlər. Faks 1 saat 9 dəqiqə əvvəl daxil olub. Biz peşəkar klub olduğumuzdan faksı faks aparatından qəbul edirik. Klub prezidentinin bununla bağlı təlimatı var. Bəzi ağzıgöyçəklərin dediyi həmin faksın sənə nömrəsini də göstərə bilərəm. Sadəcə, faks soyuducudadı. Biz "İnter”i Bakıya gəlməyə məcbur edən komandayıq. Xalq komandası faksı hara gəldi tullaya bilməz.
- Faksın məzmunu...
- Biz Avropada tarix yazdığımıza görə tez-tez bizə yazırlar. Bu dəfə yazıb Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin yerini soruşurdular. Azərbaycan kubokunun finalından sonra Mahir Şükürovun atdığı şıllaq Konqonun Kənd Təsərrüfatı Nazirliyinin Təlim və Peşə Hazırlığı Mərkəzinin tədris vəsaitinə daxil olub.
- Bəzi azarkeşlər...
- Mən bilirəm sən hansı azarkeşləri nəzərdə tutusan. Bakı metropoliteninin "Dərnəgül” stansiyasına çatanda qatarların səsi adama ləzzət edir. Biz azarkeşlərimiz üçün hər cür şərait yaratmışıq. Buna görə də klubun prezidentinə minnətdarlıq etmək istərdim. Klubun bazasına gələndə nə sağa dönürsən, nə sola. Bu bir daha göstərir ki, düz yoldayıq. Biz ötən il UEFA-ya 2/430009004 D saylı məktub yazıb bildirdik ki, oyunlarda bustı geyinmək istəyirik. UEFA da bizim tarix yazdığımızı nəzərə alıb istisna kimi, yalnız bizə-təkrar edirəm, yalnız bizə butsı geyinməyə icazə verdi.
- Çox istərdim ki. "Şkenderbü” klubu ilə oyun...
- Əvvəla, onlar klub deyil, komandadı. Klub "Neftçi”di. İkincisi, rəqibimizin adı "Şkenderbü” deyil, "İsgəndər bəydi”. Əslində biz püşkdə Lüksemburqun "Differdanj” komandası ilə düşmüşdük. Lakin UEFA bizim türkçü klub olduğumuzu nəzərə alıb "İsgəndər bəy” komandası ilə oynamağımızı məsləhət gördü. Hətta mən deyərdim ki, bizə yalvardı. Klub prezidentinin tapşırığı ilə duşxanaya su da çəkilib. Bunun üçün minnətdarlığımı bildirirəm. Futbolçularımız xoşbəxtlikdən ölmək dərəcəsinə çatıblar.
Tahir Süleymanovun əvvəllər verdiyi müsahibələrdəki bəzi sözləri dəyişməyə məcbur oldum. Yoxsa redaksiya rəhbərliyi elə biləcəkdi ki, köhnə müsahibəni təkrar çap edirəm.
Yay tez bitsəydi gedib müsahiblərlə üzbəüz həmsöhbət olardım...
bosman.at.ua
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Zirə" "İmişli"ni məğlub etdi
-
23:56
"Sumqayıt" - "Şamaxı" matçında qarşılıqlı qollar VİDEO
-
22:48
“Sumqayıt”ın baş məşqçisi: “Bir xalla kifayətlənməyə layiq deyildik”
-
22:25
Azər Bağırov: “Səfərdə oynamaq daha çətindir”
-
21:39
“Sumqayıt” qəkəbəni əldən verdi
-
21:10
Nuriyevin komandasından 9 qollu qələbə
-
20:54
"Kəpəz" "Qəbələ"ni məğlub etdi VİDEO
-
15:43
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
-
15:07
"Gəncə"də meksikalı məşqçi
-
14:32
Çempionlar Liqasında həftənin rəmzi komandası
-
14:16
"Naxçıvan"da yeni müqavilə
-
13:58
"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu transfer etdi
-
13:25
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
-
12:41
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu: "Qurban Qurbanovla işləmək istəyirəm"
-
12:00
Basketbol millimiz Türkiyədə ikinci olub
-
11:39
Voleybol klublarımızın avrokuboklarındakı oyun proqramı bəlli olub
-
11:14
“Fiorentina” 3 xalı 4 qolla qazandı VİDEO
-
10:57
"Gəncə" Ülkər Kərimova ilə müqavilə imzalayıb
-
10:23
“Şalke” mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:46
"Beşiktaş" "Ərzurumspor"a şans tanımadı VİDEO
-
23:45
Nəriman Axundzadənin komandası “Beşiktaş”la bacarmadı
-
22:23
Mahirin komandasından ilk qələbə
-
22:07
MOİK - "Şimal" matçında heç-heçə VİDEO
-
21:36
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
-
20:59
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:41
Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
-
19:14
Klisman: “Bu qol bütün komandanın əziyyətinin bəhrəsidir”
-
19:00
Vernidub: “Belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamamalıyıq”
-
18:28
“Neftçi” "İmişli"ni məğlub etdi
-
17:32
Yakiroviç ayın ən yaxşısı seçildi
-
16:55
Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
-
16:27
Gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
-
16:03
"Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub
-
15:46
“İmişli” - “Neftçi”: Heyətlər açıqlandı
-
15:19
"Karvan-Yevlax" klubu ötən ay müqavilə bağladığı futbolçu ilə vidalaşıb
-
14:51
“Şəfa” cəzadan yayındı, AFFA 5 min manat itirdi
-
14:24
Xames Rodriges bu kluba keçdi
-
14:00
Çempionlar Liqası: Minifutbol klublarımızın rəqibləri bilindi
-
13:32
Hamidu Keytanın yeni klubu məlum oldu
-
13:13
Boks millimiz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq
-
12:48
Zaur Paşayev "Naxçıvan"da
-
12:25
Millimizin rəqibi Gürcüstanla heçə-heçə edib
-
11:57
"Bazel" baş məşqçisini istefaya göndərdi
-
11:16
Azərbaycan oxatanları Belarusda 3 medal qazanıblar
-
10:49
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:31
"Sabah"ın məğlubiyyəti VİDEO
-
10:00
Azərbaycan UEFA reytinqində 25-cidir
-
01:24
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
-
00:52
“Mançester Yunayted” “Sabah”ı darmadağın etdi
-
21:29
V turun hakim təyinatları açıqlandı
12.09.2026
11.09.2026
10.09.2026
























