2 Aprel 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Vaqif Cavadov Azərbaycan millisində
Riad Rəfiyev Harvardın məzunu oldu

Ölkə futbolu

Tahir Süleymanov: “Böyükağa Hacıyevin istefası müzakirə olunmayıb”

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov “Skenderbü” məğlubiyyəti haqda fikirlərini bölüşüb. Bir qədər əvvəl hava limanında “Rekord.az”ın suallarını cavablandıran klub rəsmisi uzun danışmaqdan imtina edib. Çox üzgün göründüyü sezilən Süleymanov yalnız bunları deyib: “Oyun haqda çox danışa bilmirəm. Komandaya qələbə üçün hər cür şərait yaradıldı. Çarter reysindən tutmuş ən xırda istəklərinə qədər yerinə yetirildi. Ən azı bunun qarşılığında məğlubiyyət almamalıydıq. Çox üzgünük. Albaniyaya qələbə dalınca getmişdik. Sabah klubdaxili iclasımız olacaq. Orada hər şey analiz ediləcək, cəzalar verilməlidisə veriləcək. Böyükağa hacıyevin istefası məsələsi hələ müzakirə olunmayıb. Hər şeyə sabah iclasa aydınlıq gələcək”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30