19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Sülhsevər tur

Topaz Premyer Liqasının XV turunda keçirilən 4 oyundan üçü heç-heçə nəticələnib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, “Zirə” - “Sumqayıt” və “Keşlə” - “Səbail” matçlarında komandalar hərəyə 1 top vurubsa, “Qarabağ” - “Qəbələ” görüşü qolsuz başa çatıb. Eyni turda 3 heç-heçənin qeydə alınmasına cari mövsümdə ilk dəfə təsadüf olunur. Belə ki, ilk yarının 14 turunda belə sülhsevərlik qeydə alınmamışdı.

3 və ya daha çox oyunun bərabərliklə nəticələndiyi son tur 2016/17 mövsümündə yaşanıb. 2016-cı il oktyabrın 23-25-də baş tutan IX turun 4 qarşılaşmasından 1-də qonaqlar qələbə qazanıbsa, 3-də heç-heçə qeydə alınıb. Növbəti sülhsevər tur 16 aydan sonraya təsadüf edib.

Qeyd edək ki, XV turda yalnız “Neftçi” - “Kəpəz” matçında qalib müəyyənləşib. Bu görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30