19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Səbail”dən fərqli oyun gözləyirdik”

Azərbaycan Premyer Liqasının 15-ci turunda evdə “Səbail”lə heç-heçə edən (1:1) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
 
- Hər iki komanda qələbə qazanmaq istəyirdi. “Səbail”dən fərqli oyun gözləyirdik. Ancaq rəqib 5 müdafiəçi ilə çıxış etdi. Onların arxa xəttini yarmaq çox çətin idi. Buna görə, mərkəzdə daha bir oyunçuya şans verdim. Səhvimizdən qol buraxdıq. Oyunçu dəyişikliyimiz öz bəhrəsini verdi və nəticədə hesabı bərabərləşdirə bildik. Rəqibin heyətində kifayət qədər yaxşı futbolçular var. Bundan sonra qarşıdakı oyunlara daha yaxşı hazırlaşmağa çalışacağıq.
 
- Bu gün Azərbaycan çempionatında debüt etdiz. Premyer Liqamız barədə təəssüratlarınız maraqlıdı...
 
- Güclü çempionatdı. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşmış komandaların bu cür mübarizə aparmaları məni yaxşı mənada təəccübləndirdi. Bəzi futbolçularımız düşərgəyə bir qədər gec qoşuldu. Buna görə, komandada qarşılıqlı anlaşma bir qədər aşağı səviyyədədi. Vaxt keçdikcə, bu problem də aradan qalxacaq.
 
- Yeni legionerlərin oyunundan razı qaldınız?
 
-  Vaxt azlığı var idi. Yeni futbolçuların heyətə cəlb edilməsini videomateriallara baxaraq etdik. Bu da, istənilən effekti vermir. Bəzi oyunçular ümid verir.
 
- Komanda Antlayada təbii meydanda hazırlıq keçdi. Burda isə komanda ev oyunlarını süni örtükdə keçirəcək. Buna münasbiətiniz necədi?
 
- Lobanovski bizə süni örtükdə oynamağı qadağa qoymuşdu. Ancaq təbii örtükdən süni örtüyə keçməkdə elə də problem yoxdu.
 
- Yeni transfer Pablo Padionun adı bu oyunun iştirak ərizəsinə salınmamışdı...
 
- O, Antalyada keçdiyimiz toplanışda “Rabotniçki” ilə oyunda zədələndi. Toplanışın böyük hissəsində zədəli oldu. Bu gün də buna görə iştirak ərizəsinə daxil edilmədi.
 
- Pablonun oyunundan razı qalmadığınız deyilir...
 
- Bu suala cavab verməyəcəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31